Cümhuriyyətimizin səhiyyəsi 103 il əvvəl 
28.05.2021 12:26

1918-ci il may ayının 28-də Gəncədə Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yaradıldıqdan sonra ilk qərarlarından biri həmin ilin 17 iyununda Səhiyyə Nazirliyinin yaradılması oldu.

 

Aztibb.az 103-cü ildönümünü qeyd etdiyimiz Azərbaycan Xalq Cümhuriyyətinin səhiyyə tarixinə qısa nəzər salıb.

 

Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti yarandığı vaxtdan əhalinin sağlamlığı qayğısına qalmış və səhiyyə sahəsində ciddi tədbirlər görmüşdür. Bu sahədə ən böyük uğurlardan biri ölkənin səhiyyə sisteminin yaradılması və təşkili işlərinə bilavasitə rəhbərlik edən dövlət icra orqanının - Səhiyyə Nazirliyinin yaradılması idi.

 

Fətəli xan Xoyski tərəfindən təşkil edilmiş 2-ci hökumət kabinəsi Gəncədə fəaliyyət göstərərkən Azərbaycan Cümhuriyyəti Xalq Səhiyyəsi və Himayədarlıq Nazirliyi yaradıldı. Azərbaycanın ilk ali təhsilli cərrah həkimlərindən olan Xudadat bəy Rəfibəyli Azərbaycan Xalq Cümhuriyyətinin xalq səhiyyəsi və himayədarlıq naziri təyin edildi.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə Parlament və Hökumət, xüsusən də Xalq Səhiyyə Nazirliyi əhalinin sağlamlığına mənfi təsir göstərən antisanitariya ilə ciddi mübarizə aparmağa, xarici mühit və məişət şəraiti ilə bağlı mənfi amilləri aradan qaldırmaqla yoluxucu xəstəliklərə, ağır epidemiyalara qarşı profilaktik tədbirlər həyata keçirməyə başladı.

 

Az vaxt içərisində Gəncə yaxınlığındakı taun əleyhinə məntəqələr təşkil olundu.

 

Kənd yerlərində xəstəxanalar, ambulatriyalar, feldşer məntəqələri və sair müalicə müəssisələri açıldı, yeni tibb ocaqlarının bünövrəsi qoyuldu. 

 

Dövlət tibb müəssisələrini dava-dərmanla, avadanlıqlarla təmin etmək məqsədilə dövlət aptek anbarı və laboratoriyası yaradıldı.

 

Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti və Hökuməti sağlamlığın mühafızəsinə dair vəzifələr və tədbirlər barədə bir sıra qanun və qərarlar qəbul etdi, səhiyyə sistemində qısamüddətli tibb işçiləri kursları açdı. 

 

Bakı şəhəri həkimlər cəmiyyətinin əsas fəaliyyət istiqaməti sənayə gigiyenası, yatalaq epidemiyasının aradan qaldırılması oldu. Bakı Dövlət Universiteti tibb fakültəsinin avadanlıqla təchiz edilməsinə yardım göstərmək üçün cəmiyyət Avropanın aparıcı klinikaları ilə əlaqə yaratdı.

 

Təxminən iki il sonra Azərbaycanda, artıq 353 həkim, 450 orta tibb işçisi, 1123 yerlik xəstəxana var idi.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev