Ötən həftə dünyada koronavirusa yoluxma sayı 12 faiz azalıb - ÜST
19.05.2021 11:05

Ötən həftə ərzində dünyada koronavirusa 4,8 milyondan artıq yoluxma, 85 mindən artıq isə ölüm halı qeydə alınıb.

 

Aztibb.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həftəlik bülletenində deyilir.

 

Məlumata əsasən, daha öncəki həftə ilə müqayisədə, yoluxma hallarının sayı 12 faiz, ölüm hallarının sayı isə 5 faiz azalıb:

 

"Qlobal planda son bir həftə ərzində koronavirusa yoluxma və koronavirusdan ölüm hallarının sayı azalmağa davam edib: ümumilikdə 4,8 milyondan artıq yoluxma, 86 minə yaxın isə ölüm halı qeydə alınıb, bu isə daha öncəki həftə ilə müqayisədə, müvafiq olaraq 12 və 5 faiz daha azdır".

 

Mayın 10-dan 16-dək koronavirusa 4 809 520 nəfər yoluxub, 85 975 nəfər isə koronavirusdan ölüb. Mayın 16-sı üçün dünyada koronavirusa yoluxma hallarının sayı 162 184 263, koronavirusdan ölüm hallarının sayı isə 3 364 446 nəfər təşkil edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər