“Özünütəcrid barədə bəyannamə” təqdim etməyən əcnəbilər Azərbaycana buraxılmayacaq
03.05.2021 16:00

“Özünütəcrid barədə bəyannamə”ni təqdim etməyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaqlar.

 

Aztibb.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 1 may tarixli “Koronavirus (COVID-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarının təşkili üzrə müvəqqəti Qaydalar”da dəyişiklik edilməsi barədə” qərara verdiyi izahda əksini tapıb.

 

Qeyd olunub ki, Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar hava gəmisində bütün sərnişinlərə “Özünütəcrid barədə bəyannamə”nin paylanmasını təmin ediləcək və Azərbaycana gəldikdən sonra pasport nəzarətindən keçərkən həmin Bəyannamənin doldurulmasının və təqdim edilməsinin zəruriliyi barədə məlumat verəcəklər.

 

Sərhəd nəzarətindən keçərkən həmin Bəyannaməni təqdim etməyən Azərbaycan vətəndaşları iki həftə müddətinə karantinə alınacaq, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə ölkə ərazisinə buraxılmayacaq və aviadaşıyıcının hesabına həmin reyslə geri qaytarılacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır