Düzgün müalicə olunmamış sistit böyrəklərin zədələnməsinə səbəb ola bilər
03.05.2021 14:51
Hər il milyonlarla insan sidik kisəsinin iltihabi xəstəliyi olan sistitdən əziyyət çəkir. Qadınlar sidik yollarının anatomik quruluşu ilə əlaqədar kişilərə nisbətən 5-6 dəfə daha çox xəstələnirlər. Belə ki, qadın uretrası (sidik axarı) anatomik olaraq daha qısa və enlidir, bu da qalxan infeksiyalara əlverişli şərait yaradır. Menstrual tsikl və menopauza zamanı da qadınların müdafiə baryerləri zəiflədiyi üçün infeksiyalaşma ehtimalı yüksəlir. Statistikaya görə, qadınların hər biri heç olmasa həyatında 1 dəfə sistit simptomları ilə rastlaşır.
 
Aztibb.az bu barədə Salyan rayon Mərkəzi Xəstəxanasının məlumatına istinadla xəbər verir. 
 
Sistitin yaranma səbəbləri aşağıdakılardır:
 
1. Sidikçıxarıcı kanaldan sidik kisəsinə daxil olmuş bakteriyalar. Adətən yoğun bağırsağın normal florası olan Escherichia coliyə, (bağırsaq çöpləri), bəzən isə digər bakteriyalara rast gəlinir.
2. Bədənin aşağı hissələrinin soyuması (dənizdə uzunmüddət olduqda, yaş paltar) qan dövranının intensivliyini pozaraq, immun sistemin zəifləməsinə səbəb olur.
3. Keçirilmiş virus infeksiyasından sonra immunitetin zəifləməsi nəticəsində ikincili bakterial floranın aktivləşməsi.
4.Hipovitaminoz (orqanizmdə vitamin çatışmazlığı).
5. Azhərəkətli həyat tərzi (kiçik çanaq orqanlarında və sidik kisəsində qan dövranının pozulması).
7. Tam dəyərli qidalanmanın olmaması.
8. Cinsi orqanların gigiyenasının pozulması.
9. Sidik kisəsinin tam boşalmaması.
 
Sistit zamanı tez-tez və yandırıcı ağrı, pis qoxulu, bulanlıq və bəzən qanlı sidiyəgetmə, bel nahiyəsində daimi ağrılar müşahidə olunur. Yaşlılarda və uşaqlarda simptomlar o qədər də kəskin olmur. Onlarda yeganə simptom qızdırma, titrətmə, qarnın aşağı nahiyəsində ağrı, ürəkbulanma da ola bilər. Düzgün müalicə olunmamış sistit xroniki formaya keçə bilər və sidikçıxarıcı yollarla yuxarı qalxaraq böyrəkləri zədələyə bilər ki, bu da daha ciddi və təhlükəli xəstəliklərin yaranmasına gətirib çıxarar. Ona görə də fəsadlardan və ağırlaşmalardan qorunmaq üçün ilk simptomlarla rastlaşdığınız zaman dərhal müalicəyə başlamaq lazımdır.
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev