Orqan transplantasiyası tibb müəssisələrinin vəzifələri sırasına daxil edilib
03.05.2021 14:48

Dövlət adından yaradılan tibb müəssisələrinin vəzifələri artırılıb.

 

Aztibb.az-ın məlumatına görə, Baş nazir Əli Əsədov bununla bağlı "Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisələrinin "Nümunəvi Nizamnaməsi”nə dəyişiklik edilməsi barədə qərar imzalayıb.

 

Qərara əsasən, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanununa uyğun olaraq donor orqanların transplantasiyasını, habelə bu məqsədlə donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirmək dövlət adından yaradılan tibb müəssisələrinin əlavə olaraq yerinə yetirdiyi vəzifələr sırasına daxil edilib.

 

Qərar 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.

 

Qeyd edək ki, qərar insan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikasının 2020-ci il 20 oktyabr tarixli 189-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 8 dekabr tarixli 1208 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə qəbul edilib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır