Müxtəlif xəstəliklərin fonunda inkişaf edən trofiki xoralar - SƏBƏBİ/ƏLAMƏTLƏRİ
23.04.2021 11:19
Trofiki xora – ölü toxumaların kənarlaşmasından sonra yaranan, 6 həftə və daha uzun müddət ərzində sağalmayan dəri və selikli qişaların açıq yaralarıdır. Səbəbi toxumaların qan dövranının və ya innervasiyasının yerli pozulmasıdır. Trofiki xoralar müxtəlif xəstəliklər fonunda inkişaf edir: uzunmüddətli, davamlı gedişata malik olur və müalicəyə çətinliklə tabe olur.
 
Aztibb.az xəbər verir ki, trofiki xoralar yarandığı zaman ayağa qan gəlir, gələn qanın qayıtmasında isə problem olur. Yaranı müalicə etmək üçün həmin qanın orada toplanmasının qarşısını almalıyıq. Bu isə xəstəliyin kökündən asılı olaraq dəyişir. Məsələn: səthi magistral venalarda durğunluq, qapaq çatışmazlığı hesabına yara əmələ gəlirsə, bu zaman həmin damarı əməliyyat etmək, həmçinin problemi birdəfəlik aradan qaldırmaqla yaranın sağalmasına nail olmaq mümkündür.
 

Uzun müddət yataq rejimində qalan insanlarda sarğı nahiyəsində, dabanda, kürəkdə tez-tez yataq yaraları müşahidə edilir. Əsas səbəb uzun müddət yataq rejiminin olmasıdır. Bu zaman yaranın müalicəsində təməl prinsip həmin basqıya məruz qalan, əzilən yara sahəsini qorumağımıza bağlıdır. Yəni, pasiyentin vəziyyəti vaxtaşırı (sağ, sol, üzü üstə) dəyişdirilir və yara sahəsinin üzərinə düşən basqı aradan qaldırılır.

 

Şəkərli diabet xəstələrində yüksək şəkərin uzun müddət davam etməsi, eyni zamanda bu xəstəliyin sinirləri zədələməsi hissiyyatsızlığın yaranmasına gətirib çıxarır, arterial damarlarda tıxanmalar əmələ gəlir. Bu 2 əsas amil ayaqlarda olan kiçik travmalardan (ayaqqabının ayağı sıxması, ayağa kiçik mismar batması və s.) yaraların yaranmasına səbəb olur.

 

Hissiyatsızlığa bağlı olaraq bu insanlar ayaqda əmələ gələn yaranı gec müşahidə edirlər. Yəni yüksək hərarət, irinli, üfunətli yara olmadan xəstələr bunun fərqinə varmır. Çünki ağrı hissiyatı çox az olur və ya heç olmur. Qan dövranının zəif olması bu problemi daha da ağırlaşdırır. Ona görə də xronik yaraların müalicəsində ən vacib amil yaranın əmələ gəlmə və yaxşılaşmama səbəbinin aşkarlanmasıdır.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev