Zob xəstəliyinin müalicəsində istifadə olunan TƏBİİ qarışım
23.04.2021 12:00

Qalxanabənzər vəzi tək üzvlərdən ibarət olub, boyunda nəfəs borusunun və qırtlağın önündə yerləşir.

 

Qalxanabənzər vəzin hormonları (tiroksin, triyodtironin, diyodtironin və s.) bədənə daxil olaraq maddələr mübadiləsini, oksidləşmə prosesini sürətləndirir, yağların yanmasını çoxaldır və istilik mübadiləsini təmin edir.

 

Bundan başqa, qalxanabənzər vəzin hormonu skeletin inkişafına təsir edərək sümüklərin uzanmasını, eləcə də sinir sisteminin normal inkişafını və fəaliyyətini təmin edir. Bir sözlə, orqanizmdə çox mühüm prosesləri yerinə yetirir və fizioloji proseslərə təsir edir.

 

Aztibb.az oxuculara qalxanabənzər vəzin ciddi xəstəliklərinin inkişafının qarşısını alan və orqanizmdə yod ehtiyatını artıran təbii inqrediyentlərdən ibarət möcüzəvi resepti təklif edir.

 

Qeyd edək ki, qalxanabənzər vəzin iki tip xəstəliyi var:

 

Hipertireoz - qalxanabənzər vəzin hormonlarının səviyyəsinin yüksək olması deməkdir. Bu, bir çox problemlərin yaranmasına təkan verir:

 

- Ürək döyüntüsünün artması;

- Bağırsaq fəaliyyətinin pozulması;

- Yorğunluq;

- Narahatlıq və əsəbilik;

- Menstruasiya problemləri;

- İstilik hissi;

- Çəki itkisi;

- Hədsiz tərləmə;

- Yuxu pozulması;

- Diqqət pozğunluğu;

- Unutqanlıq.

 

Hipotireoz - qalxanabənzər vəzin hormonlarının çatışmazlığı ilə bağlı vəziyyəti deməkdir. Bu xəstəliyin ən çox yayılmış əlamətləri:

 

- Qıcolmalar;

- Dırnaqların qırılması;

- Depressiya;

- Çəki artımı;

- Qəbizlik;

- Yorğunluq;

- Dəri və baş dərisinin quruluğu;

- Menstrual tsiklin pozulması;

- Unutqanlıq.

 

Qalxanabənzər vəzin funksiyasını tənzimləyən təbii vasitələr var. Əgər zob xəstəliyi yod çatışmazlığı ilə əlaqədardırsa, aşağıdakı resepti sınaqdan keçirin.

 

İnqrediyentlər:

 

- Təzə yetişmiş 40 qozun tumu

- 1 kq təbii duru bal

 

Yaşıl qoz tumlarını yuyun, qurudun və sonra onları iynəylə yarın. Hazırlanmış qozları bankaya tökün və üzərinə bal əlavə edin. Bankanı 40 gün qaranlıq yerdə saxlayın. Bu müddətdən sonra şüşəni açıb şirəni süzün. Cövhəri hər gün səhər və axşam bir xörək qaşığı qəbul etmək tövsiyə olunur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev