Nitq qüsurlarının yaranmasını sürətləndirən AMİLLƏR – Defektoloq-loqoped ilə MÜSAHİBƏ  
14.04.2021 10:10

“Çox vaxt valideynlər eşitmə problemini hiss edə bilmir. Odur ki, müayinə zamanı ilk olaraq eşitmə müayinəsi aparılır. İkinci mərhələdə uşağın artikulyasiya orqanlarının vəziyyəti yoxlanılır”.

 

Bunu Aztibb.az-a müsahibəsində Narınc Psixologiya Mərkəzinin Gəncə filialının defektoloq-loqopedi Günel Əliyeva deyib.

 

Onun sözlərinə görə, uşaq kəkələyirsə, ilk dəfə kəkələmənin əmələ gəldiyi vaxt, onun hansı şəraitdə gücləndiyi müəyyən edilməlidir.

 

- Nitq qüsurları necə müəyyən edilir?

 

- Nitq qüsurlarının aşkar edilməsində fərdiçilik prinsipi xüsusi rol oynayır və bu, bir neçə mərhələdən ibarət olur.

 

“Nitq müayinə olunmamışdan əvvəl valideynlərlə söhbət aparılır. Söhbət zamanı uşağın keçirdiyi xəstəliklər, zədələnmələr, yaşadığı şərait, nitq dinamikası və s. haqqında malumatlar toplanılır. Bundan əlavə, uşağı əhatə edən mühit, yəni ailədə müxtəlif dildə danışan və ya qüsurlu danışan ailə üzvlərinin mövcud olması müəyyən edilir”. 

 

- Nitq qüsurlarının yaranmasına səbəb nədir?

 

- “Nitq qüsurlarının bir səbəbi də eşitmənin pozulmasıdır. Çox vaxt valideynlər bunu hiss edə bilmirlər. Odur ki, müayinə zamanı ilk olaraq eşitməyə baxılır. İkinci mərhələdə uşağın artikulyasiya orqanlarının vəziyyəti yoxlanılır. Dilin qısalığı, uzunluğu, qalınlığı, dilçəyin olub-olmaması, haça olması, dişlərin çox xırda, seyrək və ya heç olmaması, ağız qapanması, dodaqların, yumşaq və sərt damağın vəziyyəti, ağız suyunun axması, nəfəsalma, ümumilikdə artikulyasiya aparatının hərəkətliliyi nəzərdən keçirilir.

 

Üçüncü mərhələdə isə uşağın nitqi müayinə olunur”. 

 

- Nitqin müayinəsində nələrə diqqət etmək lazımdır?

 

- “Nitq qüsurları fonetik, qrammatik və leksik xarakter daşıyır. Nitqin müayinə edilməsində bunlara ciddi fikir verilməlidir. Bu mərhələdə uşağın söz ehtiyatı, qurduğu cümlələrin qrammatik quruluşu təhlil edilir. Söz ehtiyatını təyin etmək üçün uşağa əşyaların adlarını demək, verilən sözlərə sinonimlər, antonimlər, eyniköklü sözlər tapmaq, şəkil üzrə danışmaq kimi tapşırıqlar vermək olar. 

 

Növbəti mərhələdə səs tələffüzu (hər bir səsin ayrı-ayrılıqda və sözün müxtəlif hissələrində tələffüzü) yoxlanılır. Məktəbli uşaqlarda oxu və yazı fəaliyyəti də yoxlanılır. Sonrakı mərhələdə fonematik qavrama müayinə edilir”. 

 

- Belə uşaqlarla necə ünsiyyət qurmaq lazımdır?

 

- “Bunun üçün uşağa danışıq səsləri ilə digər səslərin fərqləndirilməsi, ətrafda olan səslərin (maşın, külək, ayaqqabı, itin hürməsi, uşaqların gülüş səsi va s.) təyini, kar və cingiltili səslərin tək, hecalarda və sözlərdə müqayisə edilməsi tapşırığı verilir. Səs tələffüzü və nitqdəki qüsurların aşkarlanmasını sadələşdirmək üçün xüsusi seçilmiş mətn və şəkillər hazırlamaq olar. Çalışmaq lazımdır ki, seçilmiş sözlərdə samit səslər əsasən əvvəldə, ortada və axırda işlənsin, lakin bu şəkillərin sayı minimum olsun Bu, müayinə prosesinin yorucu və çox uzun olmasının qarşısını alır”.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib