Saç tökülməsinin səbəbləri və ÇARƏSİ/ Müalicəvi resept
08.04.2021 20:49

Saç tökülməsi başlayıbsa, əvvəlcə bunun səbəblərini araşdırmaq lazımdır. Aztibb.az xəbər verir ki, həkim-fitoterapevt Fizuli Hüseynov saç tökülməsinin səbəblərini açıqlayıb:


Stress (əsəbilik);
Vitaminsizlik;
Hamiləlik və südvermə dövrü;
Hormonal pozulma.

 

Həkim əsəb pozulması olanlara 1 ay müddətində gündə 3 dəfə yeməkdən əvvəl əsəb sakitləşdirici çay (sedativ çay) içməyi məsləhət görüb. 

 

F.Hüseynovun sözlərinə görə, vitamin və mineral çatışmazlığını aradan qaldırmaq üçün mövsümi meyvələr və göyərtilər yemək önəmlidir: "Əgər sizdə qurd xəstəliyi varsa, nə qədər meyvə yeyilsə də faydası olmayacaq, qurdları orqanizmdən təmizləmək lazımdır. Bunun üçün 10 gün müddətində gündə 3 dəfə Teazol çayı içməyinizi məsləhət görürəm. 1 aydan sonra müalicəni təkrar edin".

 

Hamiləlik və laktasiya dövrlərində lazımi qədər meyvə, tərəvəz, göyərti yeyilərsə, əsəb problemi olmazsa saç tökülməsi baş verməyəcək.

 

Hormonal pozulma zamanı qanda α-5 – reduktaza fermentinin miqdarı artır, bu isə qanda dihidrotestesteronun miqdarını artırır, sonuncu saç diblərinin reseptorlarına təsir edir və keçəllik baş verir. Bu zaman fermentləri blokadaya almaq lazım gəlir, bunun üçün cırtdan palma meyvəsinin ekstraktından istifadə oluna bilər. Bu zaman kişilərdə həm də prostat problemləri baş qaldırır. Nat-prostat kapsulundan istifadə isə həm prostat vəzinin xoşxassəli böyüməsində, həm də saç tökülməsində faydalıdır. Kapsul gündə 3 dəfə yeməkdən əvvəl 1-2 kapsul qəbul olunmalıdır. Müalicə ən azı 3 ay aparılır.

 

Bununla yanaşı, saçlara normal qulluq olunmalı, saç diblərini dərinləşdirən vasitələr həmişə istifadə edilməlidir. Əgər saçlarınızın canlı, sağlam olmasını istəyirsinizsə, yuyunmazdan 2-3 saat əvvəl saçlarınızın diblərini qara zirə yağı ilə masaj edin. Yumazdan əvvəl 1 xörək qaşığı bibəriyyə və ya lavanda bitkisini 2 stəkan suda dəmləyin, üzərinə 2 xörək qaşığı alma sirkəsi əlavə edin. Yuduqdan sonra bu dəmləmə ilə saçlarınızı yaxalayın, sonra su tökməyin. Saçlarınızın soğanaqları dərinləşəcək, qaşınma və kəpək götürüləcək, saç tökülməsi dayanacaqdır.

 

Həkim, bundan başqa, həftədə bir dəfə xına qoymağı məsləhət görüb. Qadınlar Fitoton şabalıdı və qara xınadan istifadə etsinlər, çünki bu xınaların tərkibində xınadan əlavə basma bitkisi də vardır ki, bu da saç üçün çox əhəmiyyətlidir.

 

Fitoterapevtin bildirdiyinə görə, saç tökülməsinin ən yaxşı müalicə üsullarından biri də başdan 3 yerdən həcəmət olunmaqdır. Bu zaman baş dərisinin qidalanması artır, dərialtı mübadilə yaxşılaşır və saçtökülmə aradan qalxır. Hətta yeni tökülmüş saçlar belə yenidən bərpa olunur.

 

Tam təbii dəfnə sabunundan istifadə nəinki saç, bütün dəri problemləri zamanı istifadə oluna bilər.

 

O, saçların bərpası üçün maska reseptini də təqdim edib. Bu maska yeni tökülmüş saçları bərpa edir və yeni ağarmağa başlamış saçları qaraldır:

Kənd yumurtasının sarısı – 1 ədəd;
Alma sirkəsi – 2 xörək qaşığı;
Gənəgərçək yağı – 2 xörək qaşığı;
İtxiyarı meyvəsi (xiyərək) – 1 ədəd.

 

Bunları bir-birinə qarışdırın, başınıza çəkin, 2 saat gözləyin, əgər yandırsa daha az gözləyə bilərsiniz və yaxud itxiyarının yarısını istifadə edə bilərsiniz. Bu maskanı həftədə 3 dəfə edə bilərsiniz. İtxiyarını tapmaq mümkün olmadıqda maskanı onsuz da hazırlayıb istifadə etmək olar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib