Şəkərli diabet xəstələrinin registrini aparan orqan dəyişir  
06.04.2021 16:49

Azərbaycanda şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registrini aparan orqan dəyişir.

 

Aztibb.az-ın məlumatına görə, bununla bağlı “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” qanuna dəyişiklik təklif edilir.

 

Qüvvədə olan qanuna əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin registri bu şəxslərin qeydiyyatının aparılmasını təmin etmək, şəkərli diabetlə xəstələnmə halları, ağırlaşmaları, əlillik, o cümlədən 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm halları, müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında sistematik və düzgün məlumat almaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı, yəni Səhiyyə Nazirliyi tərəfindən yaradılır.

 

Layihəyə əsasən, şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin uçotunun aparılmasını təmin etmək, şəkərli diabetlə xəstələnmə halları, ağırlaşma, əlilliyin, o cümlədən 18 yaşınadək uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi  və ölüm halları, müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında sistematik və düzgün məlumat almaq  məqsədilə müvafiq icra hakimiyyəti orqanının  müəyyən etdiyi orqan (qurum) - TƏBİB tərəfindən registr yaradılacaq və müvafiq icra hakimiyyəti  orqanının müəyyən etdiyi orqanın (qurumun), yəni TƏBİB-in  həmin registrə çıxışı təmin ediləcək.

 

Hazırda Səhiyyə Nazirliyi tərəfindən şəkərli diabet xəstəliyinə tutulmuş uşaq və gənclərin uçotu aparılmaqla, onlara təhsil aldıqları müəssisələrdə tibb mütəxəssisləri və müəllimlər vasitəsi ilə xüsusi nəzarət təşkil edilir, səhhətlərində hər hansı dəyişiklik baş verdikdə dərhal tibbi yardım göstərilir. Şəkərli diabet xəstəliyinə tutulmuş uşaq və gənclərə təhsil aldıqları müəssisələrdə tibb mütəxəssisləri və müəllimlər vasitəsi ilə xüsusi nəzarət təşkil edilir və səhhətlərində hər hansı dəyişiklik baş verdikdə dərhal tibbi yardım göstərilir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır