ÜST: "Son 7 həftə ərzində yoluxmaların sayı ilk dəfə olaraq yenidən artıb"
02.03.2021 13:06

COVID-19 pandemiyası hələ də tüğyan edir. Son yeddi həftə ərzində virusa yoluxmaların sayı ilk dəfə olaraq yenidən artıb.

 

BMT-nin rəsmi saytının məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus Cenevrədə keçirilən brifinqdə bildirib.

 

“İlk dəfə olaraq, son yeddi həftə ərzində biz yoluxmaların sayının artdığını görürük”, - deyən T.Qebreyesus əlavə edib ki, yoluxmaların artımı dünyanın altı regionundan dördündə - Amerika, Avropa, Cənub-Şərqi Asiya və Şərqi Aralıq dənizi ölkələrində müşahidə edilib. Bu, ümidsizlik yaratsa da, təəccüblü deyil.

 

ÜST rəhbəri hesab edir ki, yoluxmaların sayının artması qismən ictimai səhiyyə tədbirlərinin zəifləməsi, yeni ştamların dövr etməsi və insanların ayıq-sayıqlıqlarını itirmələri ilə bağlıdır. O, məmnunluqla qeyd edib ki, Afrika və Sakit okeanın Qərb hissəsində yerləşən ölkələrdən yoluxmaların artımı barədə məlumat daxil olmayıb.

 

Baş direktor deyib: “Vaksinlər insanların həyatını xilas etməyə kömək olur, lakin ölkələr yalnız vaksinlərə ümid edirlərsə, o halda onlar səhvə yol verirlər”. O, ictimai səhiyyənin əsas tədbirlərini zəiflətməməyə səsləyib.

 

Vaksinlərin ədalətli şəkildə bölüşdürülməsinin vacibliyindən söhbət açan Gebreyesus bildirib ki, COVAX mexanizmi çərçivəsində may ayının sonunadək 142 ölkəyə təqribən 237 milyon doza, o cümlədən bu həftə 11 milyon doza vaksin çatdırılacaq.

 

ÜST rəhbəri Afrika ölkələrinə ilk vaksin partiyasının çatdırıldığını xəbər verib. Bu gün Qana və Kot-d’İvuarda tibb işçilərinin vaksinasiyasına başlanılıb.

 

T.Gebreyesus vurğulayıb: “Biz çox şadıq ki, aşağı gəlirə malik ölkələrdə səhiyyə sahəsinin işçiləri peyvəndlənir. Lakin bunun yalnız indi - dünyanın bəzi zəngin ölkələrində vaksinləmə kampaniyasına başlanandan 3 ay sonra baş verməsi təəssüf doğurur”.

 

O əlavə edib ki, zəngin ölkələrdə artıq daha gənc və sağlam insanların peyvəndlənməsi prosesi gedir, yoxsul ölkələrdə isə tibbi heyət və yaşlı insanlar üçün vaksin hələ də əlçatan deyil.

 

ÜST-ün Baş direktoru daha sonra deyib: “Ölkələr bir-biri ilə yarışa çıxmayıblar, bu, virusa qarşı birgə mübarizədir. Biz ölkələrdən öz xalqlarını riskə atmalarını xahiş etmirik. Biz bütün ölkələrdən virusun hər yerdə məğlub edilməsi üzrə qlobal səylərə qoşulmalarını xahiş edirik”.

 

O əlavə edib ki, ÜST COVAX üzrə tərəfdaşları ilə birgə hədəfə nail olmaq üzərində yorulmadan çalışır. Hədəf isə bu ilin ilk 100 günündə hər ölkədə vaksinləməyə başlamaqdır. ÜST-ün Baş direktoru xatırladıb ki, bu müddətin sona yetməsinə cəmi 40 gün qalıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər