Öd daşı üçün ÇARƏLƏR
24.02.2021 13:14

Öd daşı müalicəyə çox çətin tabe olan bir xəstəlikdir. Əgər sizdə belə bir xəstəlik varsa, birinci növbədə səbirli olmaq, daşı parçalayan və güclü ödqovucu təsirli bitkilərin qəbulundan çəkinmək lazımdır. Çünki daş böyük olan zaman öd axacağını tuta bilər, bu da dəhşətli ağrılarla nəticələnə bilər.

 

Aztibb.az xəbər verir ki, bu fikirləri həkim-fitoterapevt Fizuli Hüseynov deyib. O, daşları əritmək üçün resept təqdim edərək  bildirib ki, problemdən xilas olmaq üçün 1 ay boyunca gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı rafinə olunmamış zeytun yağı içilməli, həmin müddətdə 10-15 ədəd iydə yeyilməli, həmçinin gündə 1 dəfə 1 ədəd ağ turp yeyilməlidir.

Bu müalicəyə başlamazdan əvvəl və sonra nəticəni bilmək üçün daşların ölçüsü USM ilə təyin olunmalıdır. Əgər müalicədən əvvəl öd daşlarının ölçüləri 3 millimetrdən böyük deyilsə, qatırquyruğu dəmləməsi içilə bilər. 2 xörək qaşığı qatırquyruğu bitkisi 3 stəkan suda 10 dəqiqə dəmlənib termosa tökülür, gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içilir.

 

"Mənim ən çox istifadə etdiyim üsullardan biri gün ərzində 1-2 litr yağış suyu və ya distillə olunmuş su içməkdir. Bu zaman öd daşları kiçik hissəciklərə parçalanmır və qum şəklində xaric olur, bu səbəbdən də öd yollarını tutmur. Bu üsul uzun zaman tələb etsə də təhlükəsizdir. Daşın ölçüsündən asılı olaraq distillə olunmuş su 2-3 ay içilir. Bu üsulla öd daşları ilə yanaşı, böyrək daşlarını da əritmək olar", - deyə həkim-fitoterapevt bildirib. 

 

Həkimin sözlərinə görə, Ud hindi öd daşlarını əritmək üçün mükəmməl bir çarədir, əgər öd daşlarınız USM-də kölgə verən daşlar deyilsə (kölgə verən daşlar ərimir və ya çox az əriyir) gündə 3 dəfə yeməkdən 1 saat əvvəl 1 çay qaşığı ud hindi tozu ağıza atılır, üstündən 1 stəkan su içilir. Müalicə müddəti 2 aydır. 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev