Uşaqlarda artıq çəkinin SƏBƏBLƏRİFƏSADLARI
22.02.2021 15:39

Son illərdə bütün dünyada çəki problemi olan uşaqların sayında sürətli artım müşahidə olunur və bu, həm pediatrların, həm də valideynlərin problemə ciddi yanaşmasını tələb edir.

 

Aztibb.az xəbər verir ki, bu barədə "Erkən Uşaqlıq Dövründə İnkişaf" layihəsində (UNICEF və Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyinin birgə icra etdiyi layihə) mütəxəssislərin hazırladığı məqalədə bildirilir.

 

Qeyd olunub ki, uşaqlarda piylənmənin inkişafında həm genetik, həm də mühit faktorlarının, həyat tərzinin rolu var. Doğuş zamanı bədən kütləsi normadan artıq olan uşaqlar (4 kq-dan artıq) risk qrupuna aiddirlər.

 

Körpələrdə piylənmə yüksək kalorili süni süd qarışıqlarının həddindən artıq yedizdirilməsi nəticəsində əmələ gələ bilər. Əz azı ilk altı ay ərzində ana südü ilə qidalanma erkən piylənmənin qarşısını ala bilər.

 

Mütəxəssislər bildiri ki, uşaqlar məktəbdə və ev tapşırıqlarını edərkən masa arxasında oturmaqla, televizora, telefona və ya planşetə baxmaqla keçirirlər, yəni sıx zehni yükə sahib olduqları halda, çox az hərəkət edirlər və bu da artıq çəkiyə səbəb olur.

Vurğulanıb ki, uşaq məktəbdə, ailədə xroniki stres vəziyyətində və ya sosial təcriddə ola bilər. Bu zaman yemək uşaq üçün sevinc və zövq mənbəyinə çevrilə bilər ki, bu da piylənməyə səbəb ola bilər.

 

Uşaqlarda piylənmə ciddi sağlamlıq problemlərinə səbəb ola bilər; mədə-bağırsaq sistemi xəstəlikləri, ürək-damar sistemi xəstəlikləri, ateroskleroz, endokrin və metabolik, sümük-əzələ sistemi və oynaq patologiyaları və s.

 

Bundan başqa, uşaqda müxtəlif psixoloji çətinliklər, özgüvən əskikliyi, komplekslər meydana çıxa bilər.

 

Uşaqlarda piylənmə necə müalicə olunur?

 

Həkimlə birlikdə uşağın gündəlik kalori miqdarı hesablanmalı və valideynlər buna əməl etməlidir.

 

Yaşa uyğun qidalanma rasionu və fiziki aktivlik (gimnastika, üzgüçülük və s.) təmin olunmalıdır.

 

Tərkibində heyvani yağlar və asan həzm olunan karbohidrat olan qidalar tövsiyə olunmur.

 

Şirələrdə çox miqdarda şəkər olduğu üçün tərəvəzlərə üstünlük verilməlidir.

 

Tərkibindəki piy və duz miqdarına görə kolbasa verilməməlidir.

 

Şirniyyat əvəzinə quru meyvə vermək daha yaxşıdır.

 

Körpələrə əlavə qida kimi sıyıqlar deyil, tərəvəz püreləri verilməlidir.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
 Göz sağlamlığı üçün ümidverici nəticə: Vitamin B3 qlaukoma riskini azalda bilər