Təhlükəli yoluxucu xəstəliklərin yayılmasından sanitar mühafizə problemləri üzrə iclas keçirilib
07.08.2020 21:56

Müstəqil Dövlət Birliyi İcraiyyə Komitəsinin mətbuat xidməti bildirib ki, MDB iştirakçısı olan dövlətlərin ərazilərində xüsusilə təhlükəli yoluxucu xəstəliklərin yayılmasından sanitar mühafizə problemləri üzrə Əlaqələndirmə Şurasının video-konfrans rejimində növbədənkənar iclası keçirilib.

 

Aztibb.az xəbər verir ki, Əlaqələndirmə Şurasının üzvləri Birlik ölkələrində COVID-19-la bağlı cari vəziyyəti və yeni koronavirus infeksiyasının yayılmasına nəzarət üzrə epidemiya əleyhinə tədbirlərin tətbiqi praktikasını, habelə MDB-də səhiyyə sahəsində əməkdaşlıq üzrə şuranın bu yaxınlarda keçirilmiş iclasının yekunlarını müzakirə edərək vəziyyət barədə operativ informasiya mübadiləsinin, COVID-19-un epidemiologiyası, laboratoriya şəraitində diaqnostikası, müalicəsi və profilaktikası barədə yeni elmi məlumatlar mübadiləsini davam etdirməyin zəruri olduğunu vurğulayıblar.

Yeni koronavirus infeksiyasına qarşı mübarizədə Birlik ölkələrinə humanitar, peşəkar və elmi dəstək göstərilməsi üzrə Rusiya tərəfinin səyləri, həmçinin “Rospotrebnadzor” və MDB İcraiyyə Komitəsi tərəfindən MDB iştirakçısı olan dövlətlərin ərazilərində infeksion xəstəliklərin yayılmasına qarşı mübarizə üzrə ortamüddətli birgə fəaliyyət planı layihəsinin hazırlanması üzrə aparılmış iş müsbət qiymətləndirilib.

Görüş iştirakçıları Birlik ölkələrində payız-qış dövründə COVID-19, mövsümi qrip və kəskin respirator virus xəstəlikləri törədicilərinin eyni vaxtda dövr etməsi şəraitində epidemioloji vəziyyətin mürəkkəbləşməsinə yol verməmək məqsədilə qripə qarşı peyvənd kampaniyası keçirilməsinin vacibliyini qeyd ediblər.

Əlaqələndirmə Şurasının sədri V.Kutırevin COVID-19 PREPRINS portalında COVID-19 üzrə tədqiqatların nəticələri barədə informasiya xarakterli məqalələrin yerləşdirilməsi üçün Rusiya prepintlər məkanının istifadə edilməsi barədə təklifi bəyənilib.

Qlobal səviyyədə COVID-19-un yayılmasına qarşı mübarizə məsələlərində MDB İştirakçısı olan dövlətlərin və ÜST-ün Avropa Regional Bürosunun ekspertlərinin qarşılıqlı fəaliyyətinin vacibliyi qeyd edilib.

Əlaqələndirmə Şurasının video-konfrans rejimində növbəti iclasının 2020-ci ilin sentyabr ayında keçirilməsi və həmin iclasa ÜST-ün Avropa Regional Bürosunun nümayəndələrinin dəvət edilməsi nəzərdə tutulur.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır