Pandemiya zamanı uşaq sağlamlığı mövzusunda onlayn konfrans keçirilib
10.07.2020 12:49

"COVID-19 pandemiyası zamanı uşaq sağlamlığı" mövzusunda onlayn konfrans keçirilib.

 

az.tibb.az xəbər verir ki, Beynəlxalq Pediatrik Assosiasiyası, Azərbaycan Tibb Universiteti (ATU) və Türkiyə Milli Pediatriya Dərnəyinin təşkilatçılığı ilə baş tutan konfransda pandemiya dövründə aktual olan bir sıra mövzular müzakirə olunub.

 

ATU-nun Elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov dünya üzrə pediatriyanın inkişafında böyük rol oynayan həkimləri bir araya gətirən onlayn konfransın təşkilinin əhəmiyyətindən danışıb. Tədbirin iştirakçılar üçün həm klinik təcrübədə, həm də elmi araşdırmalar baxımından faydalı olacağına əminliyini ifadə edib.

 

Türkiyə Milli Pediatriya Dərnəyinin baş katibi, professor Enver Hasanoğlu çıxış edərək aktual mövzulara həsr olunan konfransın işinə uğurlar arzulayıb.

 

ATU-nun Təhsilin Keyfiyyətinin Təminatı və İnnovasiya şöbəsinin müdiri, dosent Nigar Sadiyevanın moderatorluğu ilə davam edən konfransda Terapevtik və pediatrik propedevtika kafedrasının dosenti Rauf Bəylərov "COVID-19 və uşaqlarda böyrək xəstəlikləri", ATU-nun Psixiatriya kafedrasının assistenti, tibb elmləri üzrə fəlsəfə doktoru İkram Rüstəmov "Pandemiya zamanı uşaqların psixi sağlamlığı", ATU-nun Tədris Cərrahiyyə Klinikasının Neonatologiya şöbəsinin müdiri Aygün Rüstəmxanlı "COVID-19-a yoluxmuş analardan doğulmuş yenidoğulmuşların sağlamlığı" mövzularında çıxış ediblər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır