Kəskin böyrək çatışmazlığı zamanı tətbiq olunan müalicə metodları
22.01.2021 21:05

Kəskin böyrək çatışmazlığının müalicəsi böyrəklərin fizioligiyası və orqanizmdə gedən dəyişikliklərin öyrənilməsinə dair tədqiqatlara əsaslanaraq aparılır. Bu zaman əsas məqsəd böyrəklərin itirilmiş fəaliyyətini müvəqqəti əvəz etmək, beləliklə də xəstənin ömrünü uzamaqdan ibarətdir.

 

Aztibb.az xəbər verir ki, bu xəstəliyin müalicəsi gigiyena, pəhriz, dərman, böyrəklərin dekapsilasiyası, böyrəkdən və bədəndən kənar dializə əsaslanır.
Böyrək çatışmazlığı zamanı dəriyə və ağız boşluğuna qulluq gigiyenik tədbirlərə aiddir. Belə xəstələrin vəziyyətinin ağır olmasını nəzərə alaraq onlara fərdi qulluq eləmək lazımdır. Kəskin böyrək xəstələrinin dərisi gündə 2 dəfə kamfora spirti ilə silinməlidir.


Xəstələrin pəhrizində əsas məqsəd zülalların azaldılması, kalorinin yağ və karbohidratın hesabına ödənilməsidir. Belə ki, aclıq zamanı zülalların sürəti katobolizmi baş verərək qanda azotlu maddələrin həddən çox artmasına, hiperkaliemiyaya, hiperhidratasiyaya səbəb olur. Ona görə də əvvəlcə xəstənin mədəsini 2%-li natrium hidrokarbonat məhlulu ilə yuyulub təmizləndikdən sonra həmin zondla mədəyə tərkibində 50 qram şəkər və 50 qram kərə yağı qarışdırılmış məhlul yeridilir. Xəstə süni böyrək şöbəsində olduqda qidada zülalın miqdarı artırılır. Bu zaman xəstəyə veriləcək zülalın miqdarı 40-60 qram olmaqla, orqanizmdə baş verən dəyişikliklərə uyğun olaraq təyin edilir.

 

Xəstəliyin ilkin mərhələsində ( xüsusən şok zamanı) vena daxilinə mannitol məhlulu yeridilir. Eyni zamanda şokdan çıxdıqdan sonra xəstəyə vena daxilinə lazilks məhlulu tətbiq olunur. Lakin xəstədə anuriya baş verirsə bu müalicəni təyin etmək olmaz. Bu zaman həkim zülal katabolizminin qarşısını almağa və qanda azot qalığının artma sürətinin azalmasına çalışmalıdır.

 

Kəskin böyrək çatışmazlığı zamanı əsasən damarların tonusunu saxlamaq üçün lazım olan dərman vasitələrindən istifadə edilir.

 

Ürəkbulanma və qusma olduqda xəstənin mədəsi yuyulur və simptomlar əleyhinə müalicə təyin edilir.

 

Kəskin böyrək çatışmazlığı zamanı xəstələrdə anuriya olduqda bədənə daxil olan mayenin miqdarı 300-500 ml-dən artıq olmamalıdır. Bu zaman su-duz mübadiləsi pozğunluqlarının və asidozun aradan qaldırılması xüsusi əhəmiyyətə malikdir.

 

Kəskin böyrək çatışmazlığı xəstələrinə C və B qrup vitaminlər və qara ciyər fəaliyyətini yaxşılaşdıran dərmanlar tətbiq edilir.

 

Xəstəliyin müalicəsində süni diareya, bağırsaq dializi, qanın dəyişdirilməsi, peritoneal dializdən də geniş istifadə olunur.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Artıq həkim qəbuluna onlayn növbə almaq mümkündür
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Şamaxının Laləzar və Quşçu kəndlərində səyyar peyvəndlənmə xidməti həyata keçirilib
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Oreksin neyronları motivasiyanın əsas açarıdır - Araşdırma
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb