İt və pişiklər insanlardan koronavirusa yoluxa bilər - ARAŞDIRMA
05.08.2020 00:07

İtaliya və İngiltərədən olan bir qrup alim koronavirusun insanlardan heyvanlara keçməsi ilə bağlı araşdırma aparıb.

 

Aztibb.az Medportal.ru-ya istinadən xəbər verir ki, araşdırma nəticəsində insanların infeksiyanı ev heyvanlarına ötürə bilməsi və itlərin koronavirusa daha həssas olması faktı təsdiqlənib.

 

Belə ki, elm adamları İtaliyanın pandemiyanın ən çox yayılan bölgələrində mart-may aylarında apardıqları müntəzəm baytarlıq müayinələri zamanı 915 itdən və 505 pişikdən nümunə götürüblər. Seroloji müayinədə 13 it və 6 pişikdə xüsusi neytrallaşdırıcı antikorlar aşkar edilib.

 

Araşdırma nəticəsində bütün yoluxmuş ev heyvanlarının bir yaşdan yuxarı olduğu və erkəklərin dişilərə nisbətən daha çox yoluxduğu müəyyən edilib.

 

Tədqiqat müəllifləri qeyd ediblər ki, it və pişiklərin serokonversiyaya, yəni neytrallaşdırıcı antikor istehsalına qadir olduğunu təsdiqləyiblər. İtlərin ehtimal ediləndən iki dəfə çox antikor istehsal etdiyini nəzərə alsaq, bu, pişiklərə nisbətən infeksiyaya daha həssas olduqlarını göstərə bilər.

 

London Universitet Kollecinin mikrobioloqu Joanne Santininin sözlərinə görə, virus bəzi heyvanlarda aşkarlanmamış şəkildə yayıla bilər. O, bu barədə kifayət qədər məlumatların olmadığını da bildirib.

 

Xatırladaq ki, koronavirus bütün dünyada yayılmağa başladıqdan bir müddət sonra, müxtəlif ölkələrdə heyvanların virusa yoluxması ilə bağlı xəbərlər yayılmağa başlamışdı.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır