İnkişaf etmiş ölkələr koronavirusa qarşı peyvənd növbəsinə dayanıb
03.08.2020 14:28

ABŞ, Böyük Britaniya, Yaponiya və Avropa İttifaqına üzv ölkələr koronavirus əleyhinə hələ hazır olmayan vaksinin 1,3 milyard dozasını almaq üçün razılıq əldə ediblər.

Aztibb.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Airfinity” analitik şirkətinin tədqiqatına istinadla məlumat yayıb.

Məlumata əsasən, vaksin alınması üçün ABŞ və Böyük Britaniya müvafiq olaraq “Sanofi” və “GlaxoSmithKline”, Yaponiya isə “Pfizer” əczaçılıq şirkətləri ilə saziş imzalayıb.

Vaksinin koronavirus əleyhinə effektivliyi hələ sübut olunmasa da, varlı ölkələr tərəfindən böyük həcmlərdə sifariş edilib.

Analitiklərin fikrincə, dünyanın 7,8 milyard nəfərlik əhalisi üçün vaksin çatışmayacaq və kasıb ölkələr növbənin sonunu gözləməli olacaq.

Oxşar vəziyyət 2009-cu ildə də qeydə alınmışdı. O zaman varlı ölkələr donuz qripi əleyhinə vaksini inhisara almışdı.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır