Sumqayıtda müasir Reabilitasiya Mərkəzi istifadəyə verilib
29.12.2020 15:14

Prezident İlham Əliyevin tapşırığına əsasən, sosial infrastrukturun müasirləşdirilməsi işləri çərçivəsində daha bir müəssisə - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt Reabilitasiya Mərkəzi əsaslı təmir və yenidənqurmadan sonra dekabrın 29-da istifadəyə verilib.

 

Aztibb.az xəbər verir ki, Mərkəzdə il ərzində əlilliyi olan 1500 şəxsə səmərəli fizioterapevtik üsullar əsasında reabilitasiya xidmətləri göstəriləcək.

 

Müəssisənin açılışında nazirliyin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Cavid Əbdül-Qədirov, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova iştirak ediblər.

 

Əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi üçün ölkədə mühüm işlərin aparıldığını vurğulayan C.Əbdül-Qədirov bu kateqoriyadan olan vətəndaşlar üçün tibbi-sosial reabilitasiya sisteminin müasirləşdirilməsinin Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən olduğunu bildirib.

 

C.Əbdül-Qədirov son illərdə müasir tələblərə uyğun qurulmuş reabilitasiya sisteminin tarixi zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizin yüksək səviyyədə bərpa-müalicə xidmətləri ilə təminatı baxımından mühüm baza olaraq xüsusi önəm kəsb etdiyini vurğulayıb. O, eyni zamanda, reabilitasiya müəssisələri tərəfindən şəhid ailəsi üzvləri və müharibə iştirakçılarına, o cümlədən yaralanmış hərbçilərə, onların yaxınlarına, şəhid və yaralı hərbçilərin uşaqlarına sosial-psixoloji xidmətlərin də göstərildiyini diqqətə çatdırıb. Həmçinin qeyd olunub ki, Protez Ortopedik Reabilitasiya Mərkəzində isə hərbçilərin yüksək texnologiyalı müasir protezlə, qazilərimizin reabilitasiya vasitələri ilə təminatı işləri aparılır.

 

Müəssisənin müdiri Pərvanə Hacıyeva bildirib ki, Sumqayıt Reabilitasiya Mərkəzində müasir tələblərə uyğun şərait yaradılıb. 22 çarpayılıq müəssisədə bərpa müalicəsi baxımından effektiv təsirə malik səmərəli fizioterapevtik üsulların tətbiqi və müasir avadanlıqlardan istifadə olunmaqla il ərzində 1500 şəxsə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Mərkəzdə müalicəvi bədən tərbiyəsi, kolonoterapiya, ozonoterapiya, elektrofarez, müalicəvi su hovuzu, buxar otağı və digər yeni proseduralar tətbiq olunacaq. Reabilitasiya tədbirlərinin gücləndirilməsi məqsədilə sosial-psixoloji xidmətlər də göstəriləcək.

 

Tədbirdə çıxış edən əlilliyi olan şəxslər onların sosial təminatlarının gücləndirilməsi, tibbi-sosial reabilitasiyası imkanlarının artırılması, ölkədə müasir reabilitasiya sisteminin qurulması üçün aparılan işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

ÇOX OXUNANLAR
Polimer Materialları İnstitutunun alimlərinin yeni tədqiqat nəticələri açıqlanıb    
Səadət Bayramova: Səhiyyədə QHT–dövlət əməkdaşlığı daha sistemli qurulmalıdır
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı xəstəxanada müalicə alan şəhid anasını və gözdən əlil sakini ziyarət edib
Uzun illər uretra darlığından əziyyət çəkən xəstə üzərində mürəkkəb cərrahi əməliyyat icra olunub
ATU-nun Əczaçılıq fakültəsinin nümayəndə və tələbələri əczaçılıq zavoduna səfər ediblər  
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Respublika Klinik Xəstəxanasında 660 qram çəkidə vaxtından əvvəl doğulan körpə sağlam şəkildə evə yola salınıb
Süni intellekt patologiyanın gələcəyini necə dəyişir?
Təcili tibbi yardım sahəsində peşəkar pediatr
İnfeksion nəzarət - ictimai səhiyyənin təməli olan bir ixtisasdır  
Hərəkət məhdudiyyətli qız uşaqlarının dispanserizasiyası başa çatıb
Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb cərrahi əməliyyat 
Kardiologiya ixtisası - milli səhiyyə təhlükəsziliyinin strateji istiqaməti
Həddindən artıq isti hava beyin üçün təhlükə yaradır
TƏBİB tərəfindən patronaj xidmətinin keyfiyyətinin təkmilləşdirilməsi məqsədilə təlimçilərin hazırlığı proqramı həyata keçirilib