TƏBİB-in koronavirus testinə xərclədiyi vəsait açıqlandı
23.12.2020 10:37

“Nazirlər Kabineti yanında Operativ Qərargahın nəznində fəaliyyət göstərən satınalma heyəti var, onlar tərəfindən İqtisadiyyat Nazirliyinin də çox ciddi nəzarəti altında yeni növ koronavirus infeksiyasını təyin etmək üçün istifadə edilən reaktivlər alınaraq ölkəmizə gətirilir”.

 

Bunu “Real TV”yə müsahibəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib. Onun sözlərinə görə, reaktivlər müxtəlif şirkətlərdən alınır:

 

“Əksəriyyəti Avropa istehsalıdır. Bir qismi Türkiyədə və bir sıra ölkələrdə istehsal olunan reaktivlərdir. Analizlərin yarımavtomat və avtomat sistemləri mövcuddur. Avtomat sistemdə olan reaktivlərin qiyməti bir az bahalıdır. Bu təxminən 20-50 manat arasında dəyişir. Orta hesabla bir test reaktivi 30 manata başa gəlir.

 

Bu analiz sadəcə reaktivdən ibarət deyil. Dövlət burada çalışan əməkdaşa dörd qat əməkhaqqı verir. Bütün bunları da nəzərə alsaq dövlət təxminən 1 testə 40 manat vəsait xərcləyir. Gündəlik bizim 15-20 min, indiyə qədər 2 milyona qədər test etdiyimizi nəzərə alsaq görərik ki, dövlətimiz hansı vəsaiti xərcləyib”.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər