"Gözlə görünməyən düşmənə də tezliklə qalib gələcəyimizə inanıram" - Professor Surxay Musayev
07.12.2020 10:43
Hər zaman ölkə vətəndaşlarının sağlamlıqlarının qayğısına qalan ATU Tədris Terapevtik Klinikası son zamanlar dünyanı cənginə almış COVID-19 pandemiyasının ölkəmizdə yayılması ilə mübarizədə olduqca mühüm rol oynamışdır. Bu mühüm missiyanı layiqincə yerinə yetirən klinikamız daha sonra 44 günlük müqəddəs Vətən müharibəsi dövründə də ölkəmizə yaxından dəstək göstərmiş, ön cəbhədə döyüş zamanı yaralanmış hərbçilərimiz üçün peşəkar kadrları ilə səfərbər olmuşdur.
 
Tədris Terapevtik Klinikasının direktoru, professor Surxay Musayevin rəhbərliyi ilə yüksək ixtisaslı həkimlərimiz və orta tibb personalımız böyük ruh yüksəkliyi göstərərək bu təşəbbüsə qoşulmuş və nəticədə yaralı əsgərlərimiz uğurla müalicə olunub öz sağlamlıqlarına qovuşmuşlar. Hazırda ölkəmizdə COVID-19 xəstələrinin sayı sürətlə artmağa başlamış və bu səbəblə klinikamız yenidən bu mübarizəyə qoşulmuşdur. Prof. Surxay Musayev xalqa müraciət edərək tibbi qaydalara riayət etməyə cağırmışdır:
 
"İnsanlar özlərinin və ətrafdakıların sağlamlığına səhlənkarcasına yanaşmamalı, təhlükəli virusdan qorunmaq üçün məlum qaydalara ciddi əməl etməlidirlər.
 
44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi möhtəşəm birlik və səfərbərlik dünyaya bir örnək oldu. Vətəndaşları COVID-19 virusu ilə mübarizədə də birlik olmağa, mövcud karantin tələblərinə ciddi riayət etməyə, zərurət olmadıqda evdən çıxmamağa, qapalı və açıq məkanlarda sosial məsafəyə əməl etməyə çağırıram. Hər kəs daha da məsuliyyətli olsa, şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etsə, bu gözlə görünməyən düşmənə də tezliklə qalib gələcəyimizə inanıram".
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır