Koronavirus insan beyninə necə daxil olur? - Araşdırma
06.12.2020 15:07

Alimlər aşkar ediblər ki, koronavirus beyinə daxil olmaq üçün burnun selikli qişasının hüceyrələrindən istifadə edir. 

 

Aztibb.az Hightech.plus saytına istinadən xəbər verirki, aparılmış son tədqiqatlar koronavirusun təkcə tənəffüs xəstəliyi olmadığını təsdiqləyib.

 

Koronavirus insanın mərkəzi sinir sisteminə təsir göstərir. Belə ki, o, mədə-bağırsaq traktının, ürək-damarın və mərkəzi sinir sisteminin işinə təsir göstərə bilir. Düşünülür ki, koronavirusa yoluxmuş hər üçüncü pasient bir və ya bir neçə nevroloji simptomdan əziyyət çəkir. Bunların arasında baş hərlənmə, ürək bulanma, dad və iy bilmə qabiliyyətinin itirilməsi və s. var.

 

Bəzi pasientlərdə koronavirus, həmçinin insult xəstəliyinin kəskinləşməsinə səbəb olur.

 

Buna görə də alimlər şübhələnirdilər ki, bu cür simptomlar virusun müəyyən beyin hüceyrələrinə daxil olması ilə bağlıdır. Bu ehtimalı sübut etmək üçün alimlər koronavirus səbəbilə həyatını itirmiş 33 nəfər pasientin toxumalarını analiz ediblər. Toxumalar, beynin ayrı-ayrı hüceyrələri və burnun selikli qişası genetik koronavirus materialına sahib olub-olmadıqları üzrə analizdən keçiblər. Nəticədə alimlər virusun DNT-ni neyroanatomik strukturlarda aşkar edblər. Həmin strukturlar isə gözləri, ağızı və burnu beynin kökü ilə birləşdirir. Virusun ən çox miqdarda cəmləşdiyi mübit isə burnun selikli qişası olub.

 

Beləliklə bütün bu məlumatlar onu təsdiqləyir ki, koronavirus beyinə daxil olmaq üçün burnun selikli qişasından istifadə edir.

 

Alimlər düşünürlər ki, koronavirus beyinə daxil olmaq üçün qoxu siniri kimi neyroanatomik əlaqələrdən istifadə edir. Lakin dəqiq mexanizm hələ təsdiq edilməyib. Alimlərin fikirlərinə əsasən virus bir sinir hüceyrəsindən digərinə keçir. Bununla yanaşı o, beyinə qan damarları vasitəsilə də daxil ola bilər. Daha öncədən virusun qan damarlarının divrlarında yerləşməsi sübut olunmuşdu. Qeyd etmək lazımdır ki, alimlər bu halı koronavirus yoluxmasını ağır keçirdən insanlarda müşahidə ediblər. Buna görə də sözügedən mexanizmin yoluxmanı yüngül keçirdən pasientlərdə də olub-olmadığını söyləmək hələ tezdir.

 
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır