Naxçıvan könüllüləri talassemiya və hemofiliyadan əziyyət çəkənlər üçün qan veriblər
02.12.2020 21:19

“Naxçıvan könüllülərinin birlik həftəsi” çərçivəsində könüllülər talassemiya və hemofiliyadan əziyyət çəkənlər üçün qan veriblər.

 

Muxtar respublikanın Gənclər Fondunun təşkilatçılığı ilə keçirilən qanvermə aksiyasında 30-dan artıq könüllü gənc fəal iştirak edib. Naxçıvan Muxtar Respublika Xəstəxanasının mərkəzi qan bankının həkim-hematoloqları tərəfindən hər bir donordan analiz götürülərək sağlamlıqları yoxlanılıb, daha sonra qan götürülüb.

 

Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra talassemiya və hemofiliyadan əziyyət çəkən şəxslərə yardım etmək məqsədilə istifadə olunacaq.

 

Qeyd edək ki, 2020-ci il ölkə Prezidenti tərəfindən “Könüllülər ili” elan edilib. İl çərçivəsində muxtar respublika gəncləri də könüllü olaraq çoxsaylı tədbirlərdə fəal iştirak edirlər. Naxçıvan könüllülərini əhatə edəcək “Könüllülük həftəsi”nin sonunda könüllülər il ərzindəki fəaliyyətlərinə görə mükafatlandırılacaqlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır