Tibb üzrə fəlsəfə doktoru Vüqar Qurbanov - Peşəkar həkimlərimizi tanıyaq!
04.10.2026 15:18

Aztibb.az "Həkimlərimizi tanıyaq!" rubrikasında üz-çənə cərrahı, tibb üzrə fəlsəfə doktoru Vüqar Qurbanov haqqında məlumatları təqdim edir.

 

Vüqar Qurbanov 2004-2009-cu illərdə Azərbaycan Tibb Universitetinin Stomatologiya fakültəsində təhsil alaraq universiteti fərqlənmə diplomu ilə bitirib.

Peşəkar bilik və bacarıqlarını artırmaq

məqsədilə müxtəlif illərdə Türkiyənin aparıcı universitetlərində, o cümlədən Ankara Universitetinin “Oral and Maxillofacial” cərrahiyyə bölməsində, İstanbul Universitetinin (Çapa) “Oral İmplantologiya” bölümündə və Erciyes Universitetində təcrübə və təkmilləşmə proqramlarında iştirak edib.

 

O, 2009–2010-cu illərdə ağız-üz-çənə cərrahiyyəsi üzrə internatura təhsili alıb. 2018-ci ildə Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2018-ci ildə OMU-nun Plastik və Rekonstruktiv Cərrahiyyə, eləcə də Qulaq-Burun-Boğaz və Baş-Boyun Cərrahiyyəsi kafedralarında təcrübə keçib.

 

Vüqar Qurbanov 2021-2022-ci illərdə Respublika Klinik Xəstəxanasının üz-çənə cərrahiyyəsi şöbəsində həkim kimi fəaliyyət göstərib. 2023-cü ildə Abşeron Rayon Mərkəzi Xəstəxanasında üz-çənə cərrahiyyəsi şöbəsini quraraq 2024-cü ilin oktyabr ayınadək şöbə müdiri vəzifəsində çalışıb.

 

2024-cü ildən Naxçıvan Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərir.

 

Hazırda Sabunçu Tibb Mərkəzinin Üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri vəzifəsində çalışır.

 

Vüqar Qurbanov 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında iştirak edib. Müharibə və antiterror əməliyyatları zamanı 50-dən çox uğurlu cərrahi əməliyyat icra edib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
Sabunçu Tibb Mərkəzində uzunillik fəaliyyət göstərən həkimlər təqaüdə yola salınıb
Culfa rayonunun Əbrəqunus kəndində tibbi müayinə aksiyası keçirilib
Kardioloq:
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Əlilliyi olan uşaqların cəmiyyətə inteqrasiyası və 'CHED' mobil tətbiqinin təqdimatına dair tədbir keçirilib
Yuxu problemləri və sinir sistemi 
2 nömrəli Şəhər Xəstəxanasının əməkdaşları qaziləri evlərində ziyarət ediblər
 Qobustan RMX-da sağlam həyat tərzi və davranış risk amilləri barədə maarifləndirici tədbir keçirilib   
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 Böyrək ağrısı nə zaman təhlükəlidir?   
 ATU əməkdaşından iki mühüm beynəlxalq nailiyyət: Q1 jurnalında elmi məqalə və ESE-də “Certified member” statusu   
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub