Koronavirus xəstələri üçün mühüm tövsiyə - 11 asan nəfəs məşqi  
26.07.2020 15:47

Koronavirusa yoluxanlara nəfəs məşqləri etmək tövsiyə olunur.

 

Aztibb.az 24.kg-yə istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə bədənə oksigen axınının artması COVID-19-un mənfi təsirlərini azaltmağa kömək edir.

 

Nəfəs məşqləri orta hesabla 5-10 dəqiqə edilir.

 

11 sadə yolunu təqdim edirik:

 

  1. Düz uzanın, hər nəfəs alıb verdikcə ayaqları növbə ilə qaldırın.

 

  1. Ayaq üstə dayanın. Başı sağa çevirib nəfəs alın, ortaya çevirib nəfəs verin. Sonra sola çevirib nəfəs alın, ortaya çevirib nəfəs verin.

 

  1. Bir çubuk və ya oxlov götürün. Yerdə oturub, çubuğu əlinizdə tutaraq qabağa uzadın. Əllərinizi yuxarı qaldırarkən nəfəs alın, aşağı salarkən nəfəs verin.

 

  1. Bu məşq 2 nəfərlə edilir. Top götürün. Nəfəsinizi alaraq topu atın, nəfəsinizi verərək topu tutun.
  2. Kürəyiniz üstə uzanın. Ayaqlarınızı qaldırın. Ayaqlarınızı nəfəs alaraq sola yönəldin, nəfəs verərək ortaya, sonra da əksini edin.

 

  1. Çarpayıda uzanın. Əllərinizi yuxarı qaldırıb nəfəs alın. Nəfəs verərkən əllərinizi yanınıza salın. Bu zaman nəfəs vermək, nəfəs almaqdan daha uzun müddətli olmalıdır.

 

  1. Strelnikova üsulu adlanır. Ayaq üstə dayanın və ya oturun, ayaqları çiyin genişliyindən bir qədər dar açın. Dərindən nəfəs alın və asta aşağı əyilin, sonra isə yavaş-yavaş başlanğıc vəziyyətə qayıdın. Səkkiz dəfə təkrar edin.

 

  1. Düz dayanın, ayaqları çiyin genişliyində açın. İrəli əyilin, burnunuzla nəfəs alın və nəfəsinizi tutun, sonra nəfəsinizi tutaraq, səkkizdən yuxarıya qədər sayın və mümkün qədər çox "səkkizlik" əldə etməyə çalışın.

 

  1. Bu məşq sətəlcəm xəstələri üçündür. Bir stulda oturaraq əllərinizi dizlərinizə qoyun. Nəfəs alarkən əllərinizi yan tərəfə açın, nəfəs verərkən özünüzü qucaqlayın.

 

  1. Bir stulda oturun, əllərinizi dizlərinizə qoyun. Nəfəs alarkən əllərinizi yanlara açın, nəfəs verərkən qarşıya əyilin və əllərinizi ayağınıza çatdırmağa çalışın.

 

  1. Kürəyi üstə uzanaraq əllərinizi (barmaqlarınınız) bir-birinə keçirin. Nəfəs alaraq əllərinizi maksimum yuxarı qaldırın, nəfəs verərək başlanğıc vəziyyətə qayıdın.

 

Qeyd edək ki, yuxarıda göstərilən məşqlər yalnız infeksiya və ya koronavirusun qarşısının alınması üçün deyil, tənəffüs sisteminin xəstəlikləri olan bütün insanlar üçün məsləhət görülür.

Əgər qızdırmanız varsa bu məşqləri etmək olmaz, çünki artıq ürəyinizə gərginlik altındadır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır