Şimali Koreyada ilk koronavirusa yoluxma faktı - Bir şəhər karantinə alındı
26.07.2020 14:35

Koreya Xalq Demokratik Respublikasında ilk koronavirus infeksiyasına yoluxma ehtimalı barədə məlumat verildikdən sonra ölkə lideri Kim Çen In Keson şəhərini bağlamaq və onun rayonlarını bir-birindən təcrid etmək qərarına gəlib.

 

Aztibb.az xəbər verir ki, bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.

 

Bildirilir ki, Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu Kim Çen Inın sədrliyi ilə koronavirus infeksiyası şübhəsinin qeydə alındığı Keson şəhərindəki vəziyyətə baxılması üçün təcili iclas keçirib. Şimali Koreya lideri müvafiq ərazidə fövqəladə vəziyyət rejimi də tətbiq edib. İclasda “milli fövqəladə karantin sistemi”ndən “maksimum fövqəladə vəziyyət sistemi”nə keçmək qərara alınıb.

 

Qeyd edək ki, virusa yoluxmaqda şübhəli bilinən şəxsin iyulun 19-da Cənubi və Şimali Koreya arasındakı hərbi demarkasiya xəttini qanunsuz keçdiyi deyilir. Cənubi Koreyadan qayıtmış şəxsdə virusa yoluxma halı təsdiqlənərsə, bu, Şimali Koreyada koronavirusa ilk yoluxma halı kimi qeydə alınacaq.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır