Həkimlər qandan mikroplastik və kimyəvi maddələrin çıxarılmasına ümid verən üsul aşkar ediblər
06.08.2026 14:01

Alimlər uzun illərdir xolesterini qandan təmizləmək üçün istifadə olunan aferez cihazının mikroplastik və PFAS adlanan "əbədi kimyəvi maddələr"in də bir hissəsini qandan çıxara biləcəyini müəyyən ediblər.

 

Aztibb.az "Brain Health" jurnalında dərc olunan tədqiqata istinadən yazır ki, PFAS maddələri insan orqanizmində illərlə qala bilir və demək olar ki, hər kəsin qanında rast gəlinir. Mikroplastik hissəciklər isə qida, su və hava vasitəsilə orqanizmə daxil olur və qan, ağciyər, plasenta, hətta beyində belə aşkar edilib.

Tədqiqat zamanı 34 pasiyentdə aferez prosedurundan sonra bəzi PFAS maddələrinin miqdarının 25–75 faiz azaldığı müşahidə olunub. Kiçik qrup üzərində aparılan analizlərdə mikroplastik hissəciklərin də azaldığı görülüb.

Bununla belə, alimlər bildirirlər ki, bu nəticələr hələ ilkin mərhələdədir. Prosedurun orqanizmdə uzunmüddətli təsiri və toxumalarda toplanmış çirkləndiriciləri də azaldıb-azaltmadığı hələ məlum deyil.

Tədqiqat müəlliflərinin fikrincə, ən vacib məsələ mikroplastik və PFAS-a məruz qalmanın qarşısını almaqdır. Çünki sonradan onları orqanizmdən çıxarmaq həm çətin, həm də bahalı prosesdir.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib