Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu doktoranturaya sənəd qəbulu elan edir
22.05.2026 14:41

 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu 2026-cı il üçün doktoranturaya sənəd qəbulu elan edir.

 

Bu barədə Aztibb.az-a Səhiyyə Nazirliyindən xəbər verilib.

 

Bildirilib ki, fəlsəfə doktoru proqramı üzrə doktoranturaya:

“Mamalıq və ginekologiya” (3215.01) - 2 yer əyani büdcə hesabına;

“Mamalıq və ginekologiya” (3215.01) - 2 yer qiyabi büdcə hesabına;

Sənəd qəbulu portal.edu.az vasitəsilə 19 may 2026-cı il tarixindən 9 iyun 2026-cı il tarixi saat 16:00-dək həyata keçiriləcək.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul üçün aşağıdakı sənədlər, paralel olaraq ETMGİ - nin elmi hissəsinə də təqdim edilməlidir:

  • elmi müəssisənin rəhbərinin adına ərizə;
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 2 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • iş yerindən xasiyyətnamə;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomların notarial qaydada təsdiq edilmiş surəti (xarici ölkələrdə təhsil almış Azərbaycan Respublikasının vətəndaşları üçün təhsil haqqında sənədlərin tanınması ilə bağlı şəhadətnamə);
  • şəxsiyyəti təsdiq edən sənədin surəti;
  • elmi rəhbərin razılıq ərizəsi;
  • xarici dil bilikləri üzrə beynəlxalq sertifikatın surəti olduğu halda (IELTS, TOEFL, TestDaf, DELF, DALF, STANAG, Cambridge English Qualifications)

Əlavə məlumat üçün ETMGİ-nin elmi hissəsi ilə əlaqə saxlamaq olar.

Əlaqə nömrəsi: 012 – 510-99-64

Mail ünvanı: etmgielm@mail.ru

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Kazım Kazımzadə 118.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır