Azərbaycan və Koreya dövlətləri COVID-19-la mübarizədə həmrəylik nümayiş etdirir
25.07.2020 10:41

Xarici İşlər Nazirliyində (XİN) Koreya Respublikası tərəfindən Azərbaycana epidemiya əleyhinə yardım layihəsi çərçivəsində gətirilən tibbi maskaların təhvil-təslim mərasimi keçirilib.


Tədbirdə Xarici işlər nazirinin müavini Ramiz Həsənov, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova və Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kim Tonq Op çıxış ediblər.


Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova dünyada qlobal böhrana çevrilən bu problemə qarşı beynəlxalq birliyin səylərinin birləşdirilməsinin və birgə addımlar atılmasının, eləcə də təcrübə mübadiləsinin aparılması fonunda həmrəylik sərgilənməsinin bəşəri bəlanın neytrallaşdırılmasında önəmli olduğunu bildirib.

 

N.Bayramova hazırda bütün dünyanın öz səylərini koronavirusla mübarizəyə və profilaktika tədbirlərinə yönəltdiyi bir vaxtda Azərbaycan və Koreya hökumətlərinin sıx əməkdaşlıq əlaqələrinə sadiq qalaraq həmrəylik nümayiş etdirdiklərini vurğulayıb.


Tədbirin sonunda Agentliyin İdarə Heyəti sədrinin müavini N.Bayramova və Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Tonq Op tərəfindən “Koreya Respublikası hökumətinin Azərbaycan Respublikası hökumətinə epidemiya əleyhinə yardım məqsədilə gətirilmiş əksepidemik vasitələrin Təhvil-Təslim Aktı” imzalanıb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır