COVID-19 astma xəstəliyi üçün riskli deyil - Xəstəliyi şiddətləndirmir
24.07.2020 18:57

“Allergiya və Kliniki İmmunologiya” (Journal of Allergy and Clinical Immunology) jurnalının həmmüəllifi Reynold Panettierinin sözlərinə görə yaşlılıq və ürək xəstəlikləri, yüksək qan təzyiqi, xroniki obstruktiv ağciyər xəstəliyi, şəkərli diabet və piylənmə kimi xəstəliklərdə COVID-19-un inkişafı və irəliləməsi üçün risk faktorları yüksəkdir. Lakin astma xəstəsi olan, hətta astmatik iltihabı idarə etmək üçün müalicə olunan, ağciyər funksiyası pozulan insanlar astması olmayan insanlardan fərqli olaraq, SARS-CoV-2-yə daha az yoluxur. Bəzi alimlər bunun səbəbini psixoloji vəziyyət və ya iltihablaşmanı düzgün idarəetmədə görürlər.

 

Aztibb.az sciencedaily.com saytına istinadən xəbər verir ki, tez-tez astma hücumlarından qorunmaq üçün istifadə olunan inhalyasiya edilmiş kortikosteroidlər də virusun infeksiya qabiliyyətini azalda bilər. Lakin tədqiqatlar steroidlərin bədənin immun reaksiyasını azalda biləcəyini və iltihab reaksiyasının ağırlaşdığını göstərdi. Eləcə də, steroidlərdə SARS-CoV-2-yə bənzər SARS və MERS virusunun tənəffüs yollarından təmizlənməsinin gecikməsi və bununla da COVID-19-un nəticələrinin pisləşdiyi sübut olundu.

 

SARS-CoV-2 bədəndə qan damarlarını nizamlayan hüceyrələrdə disfunksiyaya səbəb olan bir xəstəlik olduğu üçün diabet, ürək xəstəliyi, piylənmə və əlaqəli digər xəstəlikləri olan insanlar astmatik olanlara nisbətən virusa daha həssasdırlar, - deyə R. Panettieri əlavə edib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır