Beynəlxalq konfrans: "Ana və uşaq sağlamlığı: Mövcud problemlərə müasir baxış"
09.05.2025 12:05

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin və Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı ilə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının və “Ascent” şirkətinin dəstəyi ilə Masallı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ana və uşaq sağlamlığı: Mövcud problemlərə müasir Baxış" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

 

Bu barədə Aztibb.az-a Gömrük Hospitalından xəbər verilib.

 

İlk öncə konfrans iştirakçıları və rəsmi qonaqlar Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini böyük hörmət və ehtiramla yad ediblər. Sonra nümayəndə heyəti Heydər Əliyev Mərkəzini ziyarət edərək, Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən zəngin sərgilərlə və ekspozisiyalar ilə yaxından tanış olublar.

 

Konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə öz işinə başlayıb.

 

Tədbir iştirakçıları Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş qəhrəman vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

 

Tədbirdə açılış nitqi ilə çıxış edən Masallı rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb.

 

Konfransın rəsmi açılış hissəsində çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, t.ü.f.d. Ceyhun Məmmədov Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərindən, ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi səhiyyə sahəsində, ana və uşaq sağlamlığının qorunması istiqamətində həyata keçirilmiş islahatlardan danışıb.

 

Ceyhun Məmmədov qeyd edib ki, Azərbaycanda ana və uşaq sağlamlığının qorunmasına xidmət edən dövlət siyasətinin əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirilir və bu istiqamətdə daim genişmiqyaslı işlər görülür. Belə ki, son illərdə həyata keçirilmiş məqsədyönlü tədbirlər sayəsində Azərbaycanda mama-ginekologiya, ana və uşaqların sağlamlığının təmin edilməsi sahəsində tibbi xidmətlərin keyfiyyəti xeyli yüksəldilmiş, mama-ginekologiya, pediatriya və neonatologiya üzrə kadr potensialı əhəmiyyətli dərəcədə gücləndirilmişdir.

 

Çıxışının sonunda Ceyhun Məmmədov Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə tibbin müxtəlif aktual mövzularda keçirilən konfrans, konqres və elmi tədbirlər barədə ətraflı məlumat verib, konfransın işinə uğurlar arzu edərək hər kəsi sessiyalarda fəal iştirak etməyə, fikir və təkliflərini bölüşməyə təşviq edib.

 

Konfransın rəsmi açılış hissəsində, eyni zamanda Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov və TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov çıxış ediblər. Məruzəçilər çıxışlarında Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, ana və uşaq sağlamlığının müdafiəsi və inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən söz açıblar.

 

Həmçinin, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin təşkilatçılığı ilə keçirilən bu konfransın mama-ginekologiya, ana və uşaq sağlamlığı sahəsində müasir elmi yanaşmaların paylaşılması, beynəlxalq təcrübənin öyrənilməsi və milli səhiyyə sistemində tətbiqi istiqamətində əhəmiyyətli bir platforma olduğu vurğulanıb.

 

Konfransın rəsmi açılış hissəsindən sonra elmi hissə Azərbaycan, Türkiyə və İngiltərənin aparıcı tibb müəssisələrində çalışan yüksəkixtisaslı mütəxəssislər çıxış ediblər. Konfransın “Mamalıq Patalogiyaları” , “Ginekologiyada müasir müalicələr” və “Ginekologiyada müasir müalicələr” mövzularında olan panellərində Böyük Britaniyanın Birmingem Qadın və Uşaq Hospitalının mama-ginekoloqu, t.ü.f.d. Fidan İsrafil-Bəyli, Türkiyənin Avropa Asiya Mama-Ginekologiya Dərnəyinin rəhbəri, qadın xəstəlikləri və doğum uzmanı Məlahət Atasevər, Mərkəzi Gömrük Hospitalının Mama-ginekologiya şöbəsinin rəisi, t.ü.f.d. Təranə Bayramova, Laboratoriya şöbəsinin rəisi, b.ü.f.d. Səbinə İbrahimova, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Mamalıq-ginekologiya kafedrasının müdiri, t.e.d., Prof. Dr. Leyla Rzaquliyeva, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı Rəşad Mahmudov, Türkiyənin Ankara Yıldırım Beyazıt Universitetinin Uşaq sağlamlığı və xəstəlikləri bölməsinin professoru Prof. Dr. Nihal Demirel və Mərkəzi Gömrük Hospitalının pediatr-neonatoloq-reanimatoloqu Təranə Göyüşova təqdimatlarla çıxış ediblər.

 

Qeyd edək ki, konfransda yerli həkimlərlə beynəlxalq ekspertlər arasında təcrübə mübadiləsinin təmin edilməsi üçün panel müzakirələri və sual-cavab sessiyaları təşkil olunub. Konfransın hər bir iştirakçısına 7 DTT balı və sertifikat təqdim edilib.

 

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır