Kardiologiya İnstitutunun direktoru ürək problemi olan insanlara müraciət etdi
24.07.2020 17:40

Pandemiya təhlükəsinin hələ sovuşmadığı bir zamanda həkimlərin bu virusa yoluxanların sağalmaları, normal həyata dönmələri üçün fədakarcasına çalışdıqları heç kimə sirr deyil. Mütəxəssislər qeyd edirlər ki, xroniki xəstəlikləri olanlar pandemiya vaxtı daha diqqətli olmalı, qoruyucu vasitələrdən istifadə etməli və qoyulan tələblərə ciddi əməl etməlidirlər. Akademik  C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun (ETKİ) direktoru, tibb elmləri doktoru Gülnaz Dadaşova ürək problemi olan vətəndaşlarımıza bir sıra tövsiyələrlə müraciət edib. Müraciəti təqdim edirik:

 

“Əziz həmvətənlərim!

 

Koronavirus infeksiyasının sürətlə yayılması, yoluxmaların sayının artması ilə əlaqədar olaraq respublikamızda sərt karantin rejimi davam etməkdədir. Məlumdur ki, ürək-damar xəstəlikləri olan xəstələr bu gün yüksək risk qrupunu təşkil edirlər. Digər tərəfdən insanlarda virusa yoluxma qorxusu olduğu üçün xəstələr vaxtında həkimə müraciət etmirlər. Bu isə əfsuslar olsun ki, ciddi ağırlaşmalara, xoşagəlməz sonluqlara gətirib çıxarır. Belə hallar ilə biz son zamanlar öz təcrübəmizdə də tez-tez rastlaşırıq.

 

Belə ki, son aylar xəstələrin bizə gecikmiş mərhələdə və çox ağır formada müraciət etməsinin şahidi oluruq. Bu zaman göstərdiyimiz bütün səy və yardımlara baxmayaraq, itkilərlə üzləşirik. Xalqımıza demək istəyirik ki, ürək xəstəlikləri gözləmir, hər hansı bir ürək şikayətləri olan hər kəs bizə vaxtında müraciət etməkdən çəkinməməlidir.

 

Kardiologiya İnstitutu 2020-ci ilin aprel ayından başladığı  “Evdə qal, biz gələrik”, “Evdə dəstək” devizi ilə Bakı şəhərində, ev şəraitində əhaliyə kardioloji yardımın göstərilməsi aksiyasını davam etdirir. Özünüzdə, yaxınlarınızda ürək-damar sistemi ilə bağlı şikayətlər olduqda dərhal, vaxt itirmədən bizimlə əlaqə saxlayın.

 

Əməkdaşlarımız tərəfindən sizə lazımi kardioloji müayinə və yardım göstəriləcəkdir. Həkim briqadamıza kardioloqlarla yanaşı, endokrinoloq, nevropatoloq, psixoloq kimi ixtisas həkimləri da daxildir. Zəruri hallarda COVID-19 üçün analiz götürülür, epidemiya əleyhinə bütün tədbirlərə ciddi əməl olunur. Eyni zamanda xəstələrin vaxtında stasionara çatdırılması üçün “Ambulans” xidmətimiz də 7/24 saat fəaliyyət göstərir.

 

Hər birinizə can sağlığı, uzun ömür arzulayıram.

 

Əlaqə nömrəsi: 0125644972

 

Hörmətlə: ETKİ-nin direktoru, tibb elmləri doktoru Gülnaz Dadaşova”

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub