Azərbaycanlı akademik “Şərəf” ordeni ilə təltif edilib  
08.04.2025 16:54

Rusiyada fəaliyyət göstərən azərbaycanlı akademik  Məmmədbağır Cavad oğlu Əliyev “Şərəf” ordeni ilə təltif edilib.

 

Aztibb.az əbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

 

Sərəncamla M.Əliyev Azərbaycanla Rusiya arasında əlaqələrin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai fəaliyyətinə görə bu mükafata layiq görülüb.

 

Qeyd edək ki, Məmmədbağır Cavad oğlu Əliyev 1955-ci ildə Tacikistanın Kurqan-Tübə şəhərində doğulub. 1979-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib.

 

1979-1991-ci illərdə xəstəxana və onkoloji mərkəzlərdə həkim işləyib. 1992-ci ildə Rusiya TEA-nın Onkoloji Mərkəzində doktorluq müdafiə edərək, burada mütəxəssis kimi fəaliyyətə başlayıb.

 

Elmi tədqiqatları hərəkət dayaq aparatında radikal müalicə aparılmış xəstələrdə sonrakı reabilitasiya ilə bağlıdır. 2000-ci ildə dövlət mükafatına layiq görülüb.

 

2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Məmmədbağır Cavad oğlu Əliyevin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

 

O, 150-dən artıq elmi işin, iki monoqrafiyanın, bir sıra səmərələşdirici təkliflərin müəllifidir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır