İmmunoloq koronavirus mutasiyalarının təhlükələrinə diqqət çəkdi
29.03.2025 11:44

İmmunoloq Vladimir Bolibok koronavirusun yeni, “Britaniya” adlanan ştamı haqqında müşahidələrini bölüşüb.

 

Aztibb.az "Pravda" nəşrinə istinadən yazır ki, immunoloqun sözlərinə görə, SARS-CoV-2 koronavirusunun yeni mutasiyaları hələ sentyabr ayında Böyük Britaniyada aşkar edilib, lakin üçüncü dalğa yalnız keçən ilin dekabrında baş verib. İlkin hesablamalar onun əvvəlki ştamla müqayisədə daha yoluxucu ola biləcəyini göstərir, lakin bu ştamın ölüm və ya xəstəxanaya yerləşdirmə ehtimalı baxımından daha təhlükəli olub-olmadığı hələ məlum deyil.

 

İnfeksiya, əvvəlki kimi, hava damcıları ilə yayılır, lakin epidemioloqların fikrincə, koronavirusun "Britaniya" ştamının yoluxuculuq dərəcəsi adi olandan fərqli olaraq o qədər də yüksək deyil.

 

“Biz ayrı-ayrı ölkələrdə, xüsusən, deyək ki, Böyük Britaniyada baş verənləri görürük, biz bunu narahatlıqla izləyirik, bu məsələlərlə bağlı avropalı tərəfdaşlarımızla əlaqə saxlayırıq”, - prezident Vladimir Putin hökumət üzvləri ilə görüşü zamanı deyib.

 

Rospotrebnadzor koronavirusun təxminən 1500 mutasiyasını müəyyən edib və agentliyin rəhbəri Anna Popova qeyd edib ki, bu infeksiya qrip kimi mövsümi xarakter alacaq.

ÇOX OXUNANLAR
Ağcabədidə arı sancması nəticəsində anafilaktik şok keçirən pasiyent sağlamlığına qovuşub
Alimlər hüceyrələrin keçmişini öyrənməyə imkan verən yeni texnologiya hazırlayıblar
                  İnsultdan sonra nitqdə qeyri-adi dəyişiklik - Beyin dil bacarıqlarına təsir edir?                      
 Respublika Klinik Xəstəxanasında qida borusu törəməsi ilə bağlı uğurlu əməliyyat    
“Qızıl yaşlar” təşəbbüsündə fəallıq göstərən könüllülər təltif olunub
Sinir sistemi sağlamlığı həyat keyfiyyətininin vacib bir hissəsidir
Tədris Cərrahiyyə Klinikasında xəstəyə uğurla laparoskopik xolesistektomiya əməliyyatı icra olunub
Qaraciyərin 5–6-cı seqmentlərini əhatə edən 15 sm diametrli iri kistanı laparoskopik üsulla aradan qaldırıb
 Təcili tibbi yardım briqadasının üzvləri təltif olunublar   
 Ürəyi iki dəfə dayanan şəxsin həyatı xilas edilib   
 “Həkimlərimizi tanıyaq!” rubrikası regionlarda çalışan tibb işçilərini tanıtmaqda davam edir!
 Ağdaşın Ağzıbir və Qaradağlı kəndlərində aksiya: Vətəndaşlara 105 tibbi xidmət göstərilib   
Şəmkir Rayon Mərkəzi Xəstəxanasında 90 yaşlı pasiyent uğurla əməliyyat olunub
 ATU-da orqan donorluğu və transplantasiyanın aktual məsələləri müzakirə olunub   
 AQTİ video-redaktor vəzifəsinə işçi axtarır