Tapılan 16 min illik heyvan qalıqları bəzi xəstəliklərin təkamülünə işıq tuta bilər
24.03.2025 13:14

Arxeoloqlar mağarada 16 min illik heyvan qalıqlarını aşkar ediblər Fransanın cənub-şərqində, Beaumes-Trocade mağarasında aparılan son araşdırmalar, elm adamlarının 16 min il əvvəl mövcud olmuş it olduğuna inandıqları qədim məxluqun qalıqlarının tapılmasına səbəb olub.

 

Aztibb.az  “Rodina” jurnalına istinadən uazır ki, bu qalıqlar yuxarı paleolit dövrünə, ərazidə ovçu-toplayıcıların məskunlaşdığı dövrə aiddir.

 

Maraqlıdır ki, elm adamları canavar və itlərin əhliləşdirilməsinin tam olaraq nə vaxt başladığı barədə hələ də konsensusa gələ bilməyiblər.

 

İtlərə aid ən erkən tapıntılar 19 min il əvvələ aiddir və Avropada da tapılıb. Mövcud məlumata görə, tapılan itin dişi olduğu ehtimal edilir və boyu təxminən 62 santimetrdir. Ölümü zamanı o, təxminən üç-dörd yaşında idi və bir insan tərəfindən törədildiyi güman edilən bir neçə xəsarət almışdı.

 

Mütəxəssislər heyvanın fəqərələrinin və qabırğalarının sındığını, çiyin bıçağında yaradan iz olduğunu görüblər. Testlər onun canavar deyil, it olduğunu təsdiqləyib. Arxeoloqlar qeyd ediblər ki, tapıntı Avropada aşkar edilmiş ən qədim itlərdən biri ola bilər və sual yaranıb ki, qalıqlar mağaraya necə düşüb: ola bilsin ki, onları ora insanlar gətiriblər, ya da ola bilsin ki, it özü də sonun yaxınlaşdığını hiss edərək sığınacaq axtarıb. 

 

Qeyd edək ki, itlər uzun əsrlər boyu insanlarla sıx təmasda olub. Onların qalıqlarında vərəm, quduzluq, leptospiroz, brusellyoz kimi zoonoz xəstəliklərin izləri tapıla bilər. Bu, xəstəliklərin təkamülü və yayılma yollarını anlamağa kömək edər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır