Endometrioz - Qadın sağlamlığını təhdid edən xəstəlik
15.03.2025 09:53

Endometrioz uşaqlığın daxili səthini örtən toxumanın uşaqlıqdan kənara yayılması ilə xarakterizə olunan ginekoloji xəstəlikdir.

 

Aztibb.az xəbər verir ki, mama-ginekoloq Firuzə Cəfərzadənin sözlərinə görə, bu xəstəliyə ən çox uşaqlıq bağlarında rast gəlinir. Digər yayılma sahələri arasında uşaqlığın cismi, borular və yumurtalıqlar da var.

 

Endometrioid toxuma yerləşdiyi yerdən asılı olmayaraq hormonlara həssasdır və menstruasiya zamanı qanayır. Qarın boşluğunda baş verən bu qanaxmalar zamanla iltihaba və yapışmalara səbəb ola bilər. Xəstəlik yumurtalıqlara yayıldıqda isə endometrioid kista – endometrioma yaranır.

 

Xəstəliyin əsas əlamətləri aşağıdakılardır:


- Aybaşıdan əvvəl və sonra ağrılar
- Cinsi əlaqə zamanı və ya sonrasında ağrı
- Şiddətli və nizamsız menstruasiya
- Sonsuzluq riski

 

Bundan əlavə, bəzi hallarda yorğunluq, həzm problemləri (ishal, qəbzlik) və menstruasiya zamanı bağırsaq hərəkətlərinin kəskinləşməsi kimi əlamətlər də müşahidə oluna bilər. Lakin bəzi qadınlarda endometrioz simptomsuz keçə bilər.

 

Statistikaya görə, endometriozu olan qadınların 50%-i uşaq sahibi olmaq üçün tibbi müdaxiləyə ehtiyac duyur. Sonsuzluq səbəbi ilə həkimə müraciət edən qadınların 25%-də endometrioz diaqnozu qoyulur.

 

Həkimlər qadınlara mütəmadi ginekoloji müayinələrdən keçməyi və sağlamlıq problemlərini vaxtında araşdırmağı tövsiyə edirlər.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır