Son 20 ildə iri meşə və çöl yanğınlarının tezliyi iki dəfə artıb
26.06.2024 09:32

Avstraliyalı klimatoloqlar 2023-cü ilədək son 10 ildə böyük təbii kol və çəmənlik yanğınlarının tezliyinin ən azı iki dəfə artdığını və ən dramatik artımın son altı-yeddi ildə baş verdiyini aşkar ediblər.


Aztibb.az xəbər veri ki, bu tapıntılar “Nature Ecology Evolution” elmi jurnalında dərc olunan məqalədə yer alıb.

“Bizim hesablamalarımız göstərir ki, son iki onillikdə ekstremal meşə yanğınlarının tezliyi iki dəfə artıb. Xüsusilə güclü təsirlər mülayim iqlim qurşağının tayqa və iynəyarpaqlı meşələrində müşahidə olunur, burada əvvəllər əhəmiyyətli karbon ehtiyatları toplanmışdır. Bütün bu dəyişikliklər planetimizin iqlimindəki dəyişiklikləri əks etdirir”, - alimlər qeyd ediblər.

Tasmaniya Universitetinin professoru David Boumanın başçılıq etdiyi avstraliyalı klimatoloqlar 2003-cü ildən 2023-cü ilə qədər Yer kürəsində bu cür təbii fəlakətlərin müşahidəsi zamanı Terra və Aqua peykləri tərəfindən toplanan məlumatları təhlil edərək meşə yanğınlarının artım dinamikasını izləyiblər. Alimləri bu əsrin əvvəllərindən Yer kürəsində orta temperaturun yüksəlməsi və digər iqlim dəyişiklikləri şəraitində yanğınların miqyasının və tezliyinin necə dəyişdiyi maraqlandırırdı.

Professor və onun həmkarları son iyirmi ildə Terra və Aqua peyklərində MODIS spektroradiometri və digər elmi alətlər tərəfindən çəkilmiş 88 milyondan çox şəkli təhlil ediblər. Peyk müşahidə məlumatlarından istifadə alimlərə meşə yanğınlarının yayılma dinamikasını daha ətraflı öyrənməyə, onların tezliyində və miqyasında artımı müəyyən etməyə imkan verib. Belə bir həcmdə məlumatın təhlili iqlim dəyişikliyinin müxtəlif ekosistemlərdə meşə yanğınlarının inkişafına təsiri haqqında daha dəqiq nəticələr çıxarmağa imkan yaradıb.

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər