Dermatoloq komedon xəstəliyinin səbəbləri, növləri və müalicəsi haqqında danışdı
20.06.2024 15:28

Komedonlar sızanaq əlamətləridir. Bunlar dərin dəri altı səpgilərdir – məsamələrin yağ ilə tıxanması səbəbindən dəridə yaranan qara və ağ nöqtələrdir. Üzdə olan komedonlar yağlı və qarışıq dəri tipləri üçün ümumi bir problemdir.

 

Aztibb.az xəbər verir ki, dermatoloq Maqsud Ağazadənin sözlərinə görə, bu yağ vəzilərinin həddindən artıq işləməsi fonunda məsamələrin və yağ kanallarının tıxanması nəticəsində baş verir – artıq yağ ölü hüceyrələr, makiyaj qalıqları və xarici çirklərlə qarışaraq piy tıxacını əmələ gətirir.


Komedonların növləri


Dermatologiyada əmələ gəlmə dərinliyindən asılı olaraq komedonlar iki növə ayrılır:


- Açıq komedonlar
- Qapalı komedonlar


Çox vaxt üzdəki komedonlar sızanaqlara meylli yağlı və qarışıq dəri sahiblərində olur. Sebum yəni yağ ,nə qədər aktiv şəkildə ifraz olunursa, məsamələrin tıxanması və yağ tıxacının əmələ gəlməsi riski bir o qədər artır. Qara komedonlar quru və normal dəri tiplərinin sahiblərində də baş verə bilər. Dəri altı ağ nöqtələr artan yağlı dərinin fonunda sızanaqların ən çox görülən əlamətləridir. Bu cür qüsurlar əsasən üzün T zonasında – alında, burun və çənədə – yağ vəzilərinin ən çox yığıldığı yerlərdə lokallaşır.Komedonlar eyni zamanda kürəkdə ,çiyinlərdə və sinə üzərində də mövcud olur. Buradada yağ vəzilərinin ifrazatı artır və məsamələr genişlənir.


Komedonların səbəbləri


Əksər hallarda komedonlar düzgün və ya qeyri-kafi dəriyə qulluq nəticəsində yaranır, bunun nəticəsində dərinin səthində sebum, yəni toz, bakteriya və tər duzunun kristalları toplanır. Yağ əsaslı kosmetika, kosmetika və makiyajın həddindən artıq tətbiqi, gecə yuyulmayan makiyaj komedonların yaranmasına kömək edə bilər. Təhrikedici amillərə həmçinin dəri üçün təmizləyicilərin (müxtəlif skrablar, losyonlar) çox tez-tez istifadəsi daxildir.


Komedonun müalicəsi varmı?


Komedonların müalicəsinin effektiv üsulu komedolitiklərin (retinol, retinoik turşu, sink, salisilik turşu və s.)istifadəsidir. Bunlar yağ kanallarının daima açıq durumda saxlanılmasını təmin edir. Bundan əlavə olaraq peşəkar dermatoloqlar tərəfindən prosedurlar həyata keçirilir, bunlardan biri kimyəvi pilinglərdir , mikrodermobraziyadır

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır