“Aztibb.az saytının tibbi maarifləndirmə sahəsinə yeni nəfəs və inqilabi dəyişikliklər gətirəcəyinə ümid edirəm” - Akademik Rasim Əliquliyev
23.07.2020 17:44

Bu fikirləri Azərbaycan Milli Elmlər Akademiyasının  vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev Aztibb.az saytına müsahibəsində bildirib.

 

Akademik yeni fəaliyyətə başlayan Aztibb.az-a müvəffəqiyyətlər arzu edib, veb-saytın tibb sahəsi üzrə maarifləndirmə sahəsinə yeni nəfəs və inqilabi dəyişikliklər gətirəcəyinə, 21-ci əsrin tibbi təfəkkürü və mədəniyyətinin formalaşmasında xüsusi rola malik olacağına, eləcə də dünyanın qabaqcıl tibb təcrübəsinin, ən son tibbi yeniliklərin operativ olaraq işıqlandıracağına inamını ifadə edib.

 

R.Əliquliyev veb-saytda elektron-tibb və tibdə informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqi üzrə materialların yer ayrılmasını yüksək qiymətləndirib, elmi-texniki tərəqqinin vüsət aldığı bir zamanda tibb sahəsində qabaqcıl texnologiyaların tətbiqi ilə elektron tibbin inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

 

“Hazırda dünyada səhiyyənin informasiyalaşdırılması, e-tibb xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində mühüm tədbirlər görülür”, – deyə bildirən alim Azərbaycanda da bu istiqamətdə müvafiq işlər aparıldığını vurğulayıb.

 

Onun sözlərinə görə, bu gün səhiyyə sisteminin müasir tələblər səviyyəsində qurulması, tibdə qabaqcıl texnologiyaların tətbiqi, bu sahədə mövcud problemlərin həlli istiqamətində əməli addımlar atılır, dünyanın qabaqcıl ölkələri ilə əməkdaşlıq əlaqələri qurulur, birgə layihələr reallaşdırılır. E-tibbin elmi-nəzəri problemlərinin araşdırılması, eləcə də tibbin İKT problemlərinin tədqiqi mühüm elmi istiqamətlər olmaqla böyük aktuallıq kəsb edir.

 

R.Əliquliyev qeyd edib ki, İnformasiya Texnologiyaları İnstitutu da görülən işlərə elmi dəstək verir, qurumda tibdə İKT-nin tətbiqi ilə bağlı multidissiplinar tədqiqatlar aparılır.

 

AMEA-nın vitse prezidenti rəhbərlik etdiyi elmi müəssisədə e-tibbin texnoloji, iqtisadi, demoqrafik, psixoloji, hüquqi, etik və s. aspektlərinə xüsusi diqqət yetirildiyini, qurumda dördüncü, beşinci sənaye inqilabları və tibb, Big Data-nın tibdə tətbiqi, pasiyentlərin fərdi məlumatların təhlükəsizliyinin qorunması, tibbi informatika sahəsində kadr hazırlığı, tibbi biliklər iqtisadiyyatı, tibdə süni intellekt texnologiyalarından istifadə, elektron tibbi demoqrafiya, koronavirus və modellər, tibbi ekspert sistemləri, sosial media və tibbi biliklər, uşaqların internetdən asılılığı problemləri və digər istiqamətlərdə fundamental tədqiqatların aparıldığını vurğulayıb.

 

Akademik R.Əliquliyev Aztibb.az-ın qeyd olunan istiqamətlərdə institutun alim və mütəxəssisləri ilə əməkdaşlıq əlaqələrinin təşkilinin məqsədəuyğun olduğunu söyləyib.

 

ÇOX OXUNANLAR
İnsan orqanizmi hansı səbəbdən iki əsas mərhələdə qocalır - Alimlər müəyyənləşdiriblər
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
Müasir neyrocərrahiyyə yanaşmalarını daim izləyən və peşəkar inkişafını davam etdirən həkim - Toğrul Qasımlı
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
 Saatlı RMX-da tanınmış cərrah Əhədağa Soltanovun 75 illik yubileyi qeyd edilib   
Yüksəkixtisaslı anestezioloq-reanimatoloq Xəyal Məmmədov - Həkimlərimizi tanıyaq!
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Şirvanda daha bir mürəkkəb travmatoloji əməliyyat uğurla icra olunub
TƏBİB beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görüşləri davam etdirir
Laçında “Hiperqlikemik və hipoqlikemik komalar zamanı yardım” mövzusunda təlim keçirilib
Qazaxda ana və körpənin həyatı xilas edilib
8 saatlıq mikrocərrahi əməliyyat - Səhiyyə Nazirliyinin həkimləri 3 yaşlı uşağın qopmuş əlini bərpa etdi
ATU tələbələri Türkiyədə növbəti yay məktəbi proqramını uğurla başa vurublar
Küləkli hava şəraiti ilə əlaqədar iki nəfər xəsarət alıb