Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
18.04.2024 17:11
“Həkimlərimizi tanıyaq!” rubrikamızda pasiyentlərinə böyük diqqət və həssaslıqla yanaşan, mürəkkəb vəziyyətlərdə xəstələrə yardım edərkən düzgün qərarlar verməyi bacaran Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsinin anestezioloq-reanimatoloqu Sevda Hüseynovanı Sizə təqdim edirik.
O, 2010-cu ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib, 2010-2011-ci illərdə Mərkəzi Dəmiryol Xəstəxanasında terapevt ixtisası üzrə internatura keçib. 2012-2017-ci illərdə Türkiyənin İstanbul Universitetinin Tibb fakültəsində təhsilini davam etdirərək anestezioloq-reanimatoloq ixtisası üzrə uzman həkim adını alıb.
Sevda Hüseynova 2017-2019-cu illərdə İstanbul şəhərində fəaliyyət göstərən Avrasiya Hospitalında anestezioloq-reanimatoloq işləyib. 2019-cu ildən Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana, Anesteziologiya və Reanimasiya şöbəsində anestezioloq-reanimatoloq kimi fəaliyyət göstərir.
Həkim Mərkəzi Gömrük Hospitalında cərrahi əməliyyatlar öncəsi pasiyentlərin ümumi vəziyyətinin qiymətləndirilməsi, anestezioloji taktikanın seçilməsi və aparılması, əməliyyat zamanı pasiyentlərin nəzarətdə saxlanılması, əməliyyatdan sonra intensiv müalicə və müayinə taktikasının seçilməsi və aparılması, əməliyyatdan sonra ağrısızlaşdırma və regional anesteziya prosedurlarının icrası ilə məşğul olur.
Daim öz üzərində çalışan Sevda Hüseynova öz sahəsi üzrə beynəlxalq konqres, konfrans və simpoziumlarda iştirak edir. O, 2015-ci ildə Türkiyənin İstanbul şəhərində keçirilən XX “İntensiv terapiya” simpoziumunda, 2017-ci ildə yenə orada Türkiyə Reanimasiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən XXVIII Mexaniki Ventilasyon kursunda, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində Anesteziologiya və Reanimasiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən Pediatrik Anestezioloji simpoziumda iştirak edib.
Sevda həkim tibb sahəsində uğurlar qazanıb, bir sıra mükafatlara da layiq görülüb. Belə ki, o, 2020-ci ildə Türkiyə Anesteziologiya və Reanimasiya Dərnəyinin təşkilatçılığı ilə keçirilən 53-cü Milli Konqresi çərçivəsində Alparslan Turan adına keçirilən klinik araşdırma yarışmasında "Laparoskopik əməliyyatlarda fərqli intraoperativ oksigen inspirasiya fraksiyalarının qlikokaliks üzərinə təsiri" adlı çalışması ilə birinci yerə layiq görülüb. 2021-ci ildə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, yenə həmin ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi tərəfindən Fəxri Fərmanla təltif olunub.
Sevda Hüseynova Azərbaycan Reanimatologiya və Anesteziologiya Cəmiyyətinin, Türk Reanimatologiya və Anesteziologiya Dərnəyinin üzvüdür.
Bu bölməyə aid digər xəbərlər
Naxçıvan Baş Gömrük İdarəsində təlim keçirilib
26.05.2026 | 11:59
Ebola epidemiyası səbəbindən 10 Afrika ölkəsi yüksək risk altındadır
25.05.2026 | 15:59
Pedaqoji Universitetdə “Özünü QİÇS-dən qoru” adlı maarifləndirmə aksiyası təşkil edilib
24.05.2026 | 14:24
Məktəblərdə "Sağlam gələcək sənin əlindədir" adlı maarifləndirmə aksiyası təşkil edilib
23.05.2026 | 10:12
Laçın RMX-nın Qarıqışlaq kənd həkim məntəqəsinin tibb bacısı vəfat edib
22.05.2026 | 15:13
Gəncə məktəblərində "Sağlam gələcək sənin əlindədir" adlı maarifləndirmə aksiyası təşkil edilib
22.05.2026 | 11:45
ATU tələbələri Ümumdünya Şəhərsalma Forumunda könüllü kimi fəal iştirak ediblər
21.05.2026 | 17:02
Kliniki Tibbi Mərkəzin həkimi vəfat edib
21.05.2026 | 10:26
Vərəmlə mübarizədə ilkin səhiyyə xidmətinin rolu əhəmiyyətlidir
20.05.2026 | 14:05
Uqandada Ebola epidemiyası səbəbindən 100-dən çox insan karantinə alınıb
20.05.2026 | 11:11
ÇOX OXUNANLAR
Diaqnoz Tibb Mərkəzinin həkimi Türkiyədə beynəlxalq konqresdə iştirak edib
19.05.2026 | 11:23
Şahbuz rayonunun Keçili kəndində tibbi müayinə aksiyası
21.05.2026 | 09:25
Ağdaş rayonunda Aşağı Nemətabad Ailə Sağlamlıq Mərkəzinin açılışı olub
21.05.2026 | 09:18
Laçın RMX-nın Qarıqışlaq kənd həkim məntəqəsinin tibb bacısı vəfat edib
22.05.2026 | 15:13
Bakıda Türk Dünyası Kardio-Onkologiya Konqresi keçirilir
21.05.2026 | 11:47
“Təcili allerqologiya və kəskin toksiko-allergik vəziyyətlər: diaqnostika və müalicəyə müasir yanaşmalar” adlı simpozium keçirilib
18.05.2026 | 15:05
“Nevrologiyada tibbi genetika” adlı dərsliyin təqdimatı olub
19.05.2026 | 15:47
ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti uğurlu ürək əməliyyatı
18.05.2026 | 15:29
Xaçmazda tanınmış həkim vəfat edib
17.05.2026 | 10:18
Səhiyyə Nazirliyinin Antidopinq İntizam Komitəsinin iclası keçirilib
18.05.2026 | 16:59
Bədən qoxusuna təsir edən qidalar
23.05.2026 | 10:16
Məktəblərdə "Sağlam gələcək sənin əlindədir" adlı maarifləndirmə aksiyası təşkil edilib
23.05.2026 | 10:12
"Həkimlərimizi tanıyaq!" rubrikası təqdim edir: Otorinolarinqoloq Sevda Şirinova
23.05.2026 | 13:55
“Perry Baromedical” hiperbarik oksigen terapiyası sistemləri Yeni Klinikanın Yeni Robotik Reabilitasiya Mərkəzində tətbiq olunur
21.05.2026 | 12:30
Siyəzən RMX-da könüllü qanvermə aksiyası
20.05.2026 | 12:23

