ATU tələbələri Ümumdünya Şəhərsalma Forumunda könüllü kimi fəal iştirak ediblər  
21.05.2026 17:02

Azərbaycan Tibb Universitetinin (ATU) tələbələri Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) könüllü kimi fəal iştirak ediblər.

 

ATU-dan Aztibb.az-a verilən xəbərə görə, üniversitetin Müalicə-profilaktika, Stomatologiya, Əczaçılıq və İctimai səhiyyə fakültələrinin tələbələrii qlobal tədbirdə “First Aid”, “Dispeçer”, “Medical Data Operator” və “Medical Supply Team” kimi müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərərək forumun təşkilati və tibbi dəstək işlərinə töhfə veriblər.

Bununla yanaşı, ATU Tələbə Həmkarlar İttifaqı Komitəsinin aktiv nümayəndələri də həm komanda üzvü, həm də könüllü qismində tədbirdə iştirak edərək yüksək təşkilatçılıq və operativlik nümayiş etdiriblər. WUF13 çərçivəsində gənclərin beynəlxalq tədbirdə iştirakı onların peşəkar inkişafı və praktiki təcrübə qazanması baxımından da mühüm əhəmiyyət daşıyıb.

 

Ümumdünya Şəhərsalma Forumu müasir dünyanın üzləşdiyi ən aktual məsələlərdən birini – sürətli şəhərsalmanı və onun icmalar, şəhərlər, ölkələr, iqlim dəyişməsi və siyasi kurslara təsirini araşdırmaq məqsədilə 2001‑ci ildə Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilib.

 

BMT‑nin Məskunlaşma Proqramı (UN‑Habitat) tərəfindən təşkil olunan bu Forum dayanıqlı şəhərsalma problemlərinin həllinə həsr olunmuş yüksək səviyyəli, açıq və inklüziv platformadır. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri’ mövzusuna həsr olunmuş WUF13 qlobal mənzil çağırışlarını ön plana çəkərək mənzil təminatını inklüzivlik və davamlılığın əsas amili kimi araşdırır və Yeni Şəhər Gündəliyinin icrasının formalaşdırılmasına töhfə verir.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır