Gəncə məktəblərində "Sağlam gələcək sənin əlindədir" adlı maarifləndirmə aksiyası təşkil edilib
22.05.2026 11:45
Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi Gəncədə 1, 5 və 11 nömrəli orta məktəblərdə "Sağlam gələcək sənin əlindədir" adlı maarifləndirmə aksiyası təşkil edib.
 
Mərkəzdən Aztibb.az-a bildirilib ki, qurum tərəfindən fəaliyyət planına uyğun olaraq və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, və narkomanlığa qarşı mübarizəyə dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə əlaqədar İİV/QİÇS, narkomaniya, onun fəsadları ilə bağlı maarifləndirici tədbir həyata keçirilib.
 
Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Gəncə Regional Laboratoriyasının mütəxəssisi Ülkər Qurbanova xüsusi hazırlanmış təqdimatla çıxış edərək İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə ətraflı məlumat verib, habelə narkomaniya və onun fəsadları barədə iştirakçıları maarifləndirib.
 
Çıxış zamanı İİV infeksiyasının yoluxma yolları, ondan qorunma üsulları və müalicə imkanları barədə məlumat verilib. Gənclər sağlam həyat tərzinə üstünlük verməyə, məsuliyyətli davranmağa dəvət olunub.
 
Tədbirlər interaktiv formatda davam edib, şagirdləri maraqlandıran suallar cavablandırılıb, sonda maarifləndirici broşür və bukletlər paylanıb.
ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
Azərbaycan-Britaniya Peşəkarlar Assosiasiyası və Böyük Britaniya Rəqəmsal Səhiyyə Şurası Londonda tarixi elmi konfransa imza atıb
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Böyük Britaniyada yaradılmış ilk Azərbaycan təşkilatı olan AABP
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
Səmimiyyəti və peşəkarlığı ilə seçilən həkim  Minirə Baxşəliyeva - “Həkimlərimizi tanıyaq!” rubrikası 
 XMTU nümayəndə heyəti ATU-nun klinikalarında olub   
Quba rayonunun Qonaqkənd kəndində səyyar tibbi müayinələr təşkil edilib
“Elektron resept” tətbiqinin istifadə dairəsinin genişləndirilməsi məqsədilə maarifləndirici seminar təşkil olunub
 ATU-da “Uşaqlarda genetik və irsi metabolik xəstəliklər” fənnini tədris edən nevroloq İspaniyada magistraturanı uğurla başa vurub   
Tədris Cərrahiyyə Klinikasında yeni oftalmoloji dərs vəsaitinin təqdimatı keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin