Ağstafa, Salyan, Qobustan və Şamaxı Rayon Mərkəzi xəstəxanalarına yeni direktorlar təyin olunub
05.03.2024 09:32

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun təqdimatı ilə Ağstafa, Salyan, Qobustan və Şamaxı Rayon Mərkəzi xəstəxanalarına yeni direktorlar təyin olunub.

 

Aztibb.az-a TƏBİB-dən verilən xəbərə görə, rəhbər şəxslər kollektivə təqdim olunub, onlar vəzifələrinin icrasına başlayıblar.

 

Belə ki, ixtisasca həkim-infeksionist olan Səyyad Yusifov Ağstafa Rayon Mərkəzi Xəstəxanasında direktor vəzifəsinə təyinat alıb.

 

O, 1996-2001-ci illərdə Azərbaycan Tibb Universitetinin Tibbi-profilaktika və tibbi-biologiya fakültəsində təhsil alıb. 2007-2008-ci illərdə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunda yoluxucu xəstəliklər üzrə təhsilini davam etdirib. 2006-cı ildən indiyədək Tovuz Rayon Mərkəzi Xəstəxanasında müxtəlif vəzifələrdə çalışıb. Səyyad Yusifov bu təyinatadək Tovuz Rayon Mərkəzi Xəstəxanasının direktorunun ilkin səhiyyə xidmətləri üzrə müavini vəzifəsini icra edib.

 

Salyan Rayon Mərkəzi Xəstəxanasına Şirin Səmədova direktor təyin olunub.

 

Şirin Səmədova 1992-1998-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsində təhsil alıb. 1998-1999-cu illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasında internatura təhsili alıb. 1999-2006-cı illərdə Salyan Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Arbatan kənd həkim məntəqəsində həkim-pediatr, 2006-2008-ci illərdə Salyan RMX-nın Yoluxucu xəstəliklər şöbəsində həkim-pediatr, infeksionist vəzifələrində çalışıb. 2008-2012-ci illərdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasının nəzdində olan Uşaq poliklinikasının şöbə müdiri, həkim-pediatr, 2012-2021-ci illərdə Birləşmiş Uşaq Xəstəxanasının baş həkimi işləyib. O, 2021-2023-cü illərdə TƏBİB-in Koordinasiya departamentinin Cənub ərazi bölgəsi üzrə koordinatoru, 2023-cü ildən indiki təyinatınadək isə Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinin böyük məsləhətçisi vəzifəsində çalışıb.

 

Şamaxı Rayon Mərkəzi Xəstəxanasına direktor təyin olunan İmran Qurbanov 1985-1991-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetində Müalicə işi fakültəsini bitirib, ixtisasca cərrahdır. O, 1992-1993-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün baş ordinatoru, 1993-1994-cü illərdə “N” saylı hərbi hissənin tibb bölüyünün komandiri və baş cərrahı, 1994-1997-ci illərdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Baş Qərargah Poliklinikasının Cərrahiyyə şöbəsinin müdiri vəzifələrində çalışıb. 1997-2021-ci illərdə Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında şöbə müdiri, baş həkimin cərrahiyyə işləri üzrə müavini, 2021-2023-cü illərdə TƏBİB-in Tibbi xidmətlərin təşkili departamentinin Tibbi koordinasiya şöbəsinin baş məsləhətçisi kimi fəaliyyət göstərib. İmran Qurbanov bu təyinatadək Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktoru vəzifəsində çalışıb.

 

Qobustan Rayon Mərkəzi Xəstəxanasının direktor vəzifəsinə isə Günay Muradova təyinat alıb.

 

Günay Muradova 1998-2004-cü illərdə Azərbaycan Beynəlxalq Universitetində, 2004-2005-ci illərdə Azərbaycan Tibb Universitetində pediatr ixtisasına yiyələnib. 2023-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Menecment ixtisasında təhsil alır. O, 2004-2005-ci illərdə Respublika Klinik Uşaq Xəstəxanasında həkim-pediatr kimi işləyib. 2007-2020-ci illərdə 4 saylı Birləşmiş Uşaq Xəstəxanasında, 2015-2019-cu illərdə müxtəlif özəl tibb müəssisələrində həkim-pediatr vəzifəsində çalışıb. 2020-ci ildən bu təyinatadək TƏBİB-in Tibbi sığorta departamentinin Tibbi göndərişlər şöbəsinin baş məsləhətçi olub.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub