Yaponiyada ksenotransplantasiya üçün yetişdirilmiş donuz uğurlu olub
13.02.2024 13:08

Artıq bu il donuz orqanlarının meymunun bədəninə köçürülməsi planlaşdırılır. Bu, insanlara transplantasiya arasında ara addım olacaq.

Aztibb.az “Involta media” nəşrinə istinadən xəbər verir ki, Meiji Universitetinin nəzdində araşdırmalar aparan Yaponiyanın PorMedTec şirkəti Yaponiyada genetik modifikasiya sayəsində ilk donuz balasının dünyaya gəldiyini açıqlayıb. Və bu donuzun orqanları gələcəkdə insan transplantasiyası üçün istifadə edilə bilər.

Ancaq əvvəlcə ara mərhələni keçirmək, bu donuzun orqanlarını meymuna köçürmək lazımdır.

PorMedTec direktoru Hiroşi Naqaşima NHK-ya bildirib ki, elm adamları indi Yaponiyada ksenotransplantasiyanın klinik istifadəsi ilə bağlı müzakirələri irəli aparmağa ümid edirlər.

"Biz etika ilə bağlı məsələləri müzakirə etməyə davam edərkən, təhlükəsizliyimizə əsas diqqət yetirməklə tədqiqatlarımızı davam etdirəcəyik”, - deyə şirkətin rəsmisi bildirib.

Xatırladaq ki, ötən ilin payızında ABŞ-da 58 yaşlı kişiyə geni dəyişdirilmiş donuzdan dünyada ikinci ürək transplantasiyası həyata keçirilib. O, altı həftə yaşadı və sonra öldü.

İlk transplantasiya 2022-ci ilin yanvarında həyata keçirilib. 57 yaşlı kişiyə ürək transplantasiyası aparılsa da, mart ayında dünyasını dəyişib. Sonradan məlum oldu ki, ölüm sitomeqalovirusdandır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır