Antarktidada araşdırma aparan alimlər dəhşətli nəticələr ortaya çıxardı
10.02.2024 16:17

Yeni araşdırmalar göstərib ki, Qərbi Antarktida buz təbəqəsi təxminən 8000 il əvvəl kəskin və sürətlə şəkildə kiçilib. Bu, təxminən 600 metr uzunluğunda bir buz nüvəsinin tədqiqi ilə öyrənilib. Araşdırma alimləri hansı müasir risklər barədə xəbərdar edir?


Aztibb.az xəbər verir ki, “Nature Geoscience” jurnalında dərc edilən araşdırmaya görə, Antarktidanın buz örtüyünün bir hissəsinin cəmi 200 il ərzində incəlməsi 450 metr təşkil edib. Bu “Empire State Building”dən daha böyük bir hündürlükdür.


Antarktidada buzların bu qədər sürətli və bol əriməsi ilə bağlı ilk dəfə olaraq dəqiq məlumatlar əldə edilib. Alimlər bilirdilər ki, son buz dövrünün axırlarında buz örtüyü indikindən daha böyük olub. Ancaq ərimənin nə vaxt baş verdiyini və nə qədər geniş olduğunu mütəxəssislər təxmin etmirdilər.

Britaniya Kembric Universitetinin qlasioloqları bu səhvi düzəldiblər. Məlum olub ki, buz örtüyünün əriməsi həmin qədim dövrlərdə, sonuncu buz dövrünün başa çatmasından sonra çox sürətlə baş verib. Alimlər vəziyyəti bugünkü iqlim problemləri ilə əlaqələndiriblər, bu gün və ya yaxın gələcəkdə buzlaqların eyni dərəcədə sürətlə əriməsi ehtimalının narahatlıq doğurduğunu vurğulayıblar.


Qeyd olunanlar fəlakətli nəticələrə gətirib çıxara bilər və dəniz səviyyəsinin qlobal qalxmasına səbəb ola bilər ki, bu isə sahilyanı şəhərlərdə dağıdıcı sel təhlükəsi yaradır.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır