Tibbdə inqilab, ya bəşər övladının sonu – Tanınmış həkimlər İ.Maskın Neuralink çipi haqqında
09.02.2024 09:54

Amerikalı milyarder İlon Mask X (əvvəllər Twitter, Rusiyada bloklanmış) sosial şəbəkəsindəki səhifəsində Neuralink çipinin insan beyninə ilk uğurlu implantasiyası haqqında yazıb.

Aztibb.az “Discover 24” portalına istinadən xəbər verir ki, tanınmış rusiyalı həkimlər Alexander Myasnikov və Mariya Belyayeva bu xəbəri şərh ediblər.

“Onda hər şey inkişafın kimin əlində olacağından asılı olacaq. Müxtəlif variantlar mümkündür: ya ağır xəstələrə həyatın qaytarılması, ya da azad insan övladının sonu", - deyə həkim A.Myasnikov bildirib.

Onun sözlərinə görə, İlon Maskın çipi tibbdə inqilaba çevrilə bilər, lakin hər şey cihazın əhatə dairəsindən asılı olacaq. Çünki yüksək texnologiyalı cihaz bəşər övladının azadlığına qarşı istifadə edilə bilər.

“İstehsalçı çipin insan sağlamlığı üçün təhlükəsiz olduğunu iddia edir, lakin uzunmüddətli tədqiqatların nəticələri olmadan dəqiq bir şey söyləmək mümkün deyil. İmplantın düzgün quraşdırılması mühüm rol oynayır, çünki meymunlar üzərində aparılan təcrübədə səhv yerləşdirilibsə, beyin ödemi, ağrı və iflic kimi fəsadlar yaranırdı. Ehtimal etmək olar ki, insana belə çip quraşdırmadan əvvəl mümkün fəsadlar və risklər nəzərə alınıb”, - Mariya Belyayeva bildirib.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır