Yaxşı həkim Rəşad Mahmudovun həmişə özü ilə gəzdirdiyi beş dərman
05.02.2024 10:51
"Söz" dərgisinin növbəti sayı tanınmış ürək-damar cərrahı, Əməkdar həkim, Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, tibb elmləri doktoru Rəşad Mahmudovun 50 illik yubileyinə həsr olunub.
Nəşrdə görkəmli ədəbiyyatşünas alim, millət vəkili, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun "Yaxşı həkim Rəşad Mahmudovun həmişə özü ilə gəzdirdiyi beş dərman" başlıqlı yazısı da dərc olunub.
Aztibb.az həmin mətni oxuculara təqdim edir:
"Əslində o beş dərman daim hər həkimlə olmalıdır. İstər ən məşhur klinikada çalışsın, istər ən ucqar bir kənddəki tibb məntəqəsində işləsin.
Bütün başqa təbiblik bacarıqlarından və yararlandığı müalicə üsullardan daha əvvəl bu beş dərmanı həmişə özü ilə daşımayana “yaxşı həkim” deyilməz.
İstənilən mərəzin ən birinci müalici xəstənin özüdür.
Adam ümidsizliyə qapılar, ən tez sağalası yüngül xəstəliyə belə məğlub olar. İçəridən səfərbər olmarsan, azarın ayağı yer alar, dərinə işləyər, edilən dava-dərmanın da da təsir gücü azalar.
Budaqdan qopmayan axırıncı xəzan yarpağının nicatsız xəstəyə ümid bağışlayaraq onu xilas etməsi haqqında O`Henrinin “Son yarpaq” hekayəsi heç də yalnız yazıçı təxəyyülünün məhsulu deyil, bu hadisənin ardında danılmaz tibbi gerçək dayanır.
Dostumuz Rəşad Mahmudov yaxşı həkimdir, onun gözəl həkim olması Azərbaycanda və sərhədlərimizdən kənarlarda çoxdan etiraf edilib və bu yaxşılığın ən ilk səbəbi hələ müayinələrə başlamazdan, əlinə cərrah bıçağı götürməzdən daha əvvəl daim özü ilə gəzdirdiyi beş dərmanla xəstənin beyninə və ürəyinə yol tapa bilməsidir.
Gərək əvvələn, hər yaxşı həkimin çöhrəsində mehribanlıq işığı ola ki, canı ağrıyan onu görüncə hələ kəlmə kəsmədən qarşısında məhrəm adamın dayandığına inana – həmin mehribanlıq işığı Rəşadın çöhrəsindən ən gərgin anlarında belə çəkilmir.
İkincisi, həkimin səsidir.
Duyğulu həkim səsi müalicə edilənlə müalicə edən arasında ilk körpülərdəndir.
Rəşadın səsi toxdadan, səmimiyyət yağan, güvən doğuran səsdir.
Üçüncüsü, yaxşı həkim qılıqlı olmalıdır, xəstəsiylə dərhal xoş münasibət yaratmağı bacarmalıdır.
Rəşadla ilk dəfə görüşən kəsdə də elə kəlmə kəsincə belə təsəvvür yaranır ki, sanki onunla lap çoxdan tanışdır.
Dördüncü, yaxşı həkimdə az ya çox dərəcədə, amma mütləq təlqin gücü, xəstəni inandırmaq bacarığı olmalıdır.
Rəşad ilk təmasdanca qarşısındakında etibar, hər şeyin yaxşı olacağına inam oyatmağa qadir olandır, xəstəliyin nədən ibarətliyini müayinə, müalicə etdiyinə son dərəcə sadə dillə, həyati müqayisələrlə izah edəndir.
O danışmağa başlayınca həmsöhbəti Rəşadın cazibəsinə düşür, düçar olduğu ağrı haqda nüfuzlu doktorun bunca sadə hekayəti sanki xəstəliyi də onun gözündə kiçildir, acizləşdirir, istər-istəməz əmin olmağa başlayır ki, həkimi ilə bərabər onun öz bədəni də bu mərəzin öhdəsindən uğurla gələcək.
Başincisi, gərək həkimin bilən, qabil olmasını elə başlanğıcdan xəstə hiss edə.
Bu keyfiyyətə keşmişlərdə də çox ehtiyac olub, bu gün də var, indi bəlkə keçmişdəkindən də çoxdur – hər kəs internet şəbəkəsinə qoşulmaq, hansısa kitabları açmaq, özündəki nasazlıq haqqında nələrisə öxuyub-öyrənmək imkanındadır və ağrını içərisində daşıdığından özünü bu barədə daba çoxbilən sayır, hətta həkimin dedikərinə də gizli şübhə ilə yanaşır.
Rəşad Mahmudov o nümunəvi, örnək həkimlərdəndir ki, sadəcə dərin savadlı deyil, elə nitqini başlayınca bilik saçır, o danışdıqca, tövsiyyələrini verdikcə xəstə qarşısındakının sadəcə səriştəli bir həkim yox, bəhs etdiyi mətləblərə alimanə bələd dərin və əhatəli biliklər sahibi olmasına yəqinlik hasil edir.
Bu beş dərmanı həmişə özü ilə gəzdirdiklərindəndir ki, Azərbaycandan çox-çox uzaqlarda ömür sürsə də, zamanında bütün müəlman Şərqi, o sıradan bizlər də Hippokratı “Boqrat” adlandıraraq həm də özümüzünkü bilmişik.
Eyni şəkildə bizim – Şərqinki olan İbn Sinanın adını da Qərb dünyası doğmalaşdıraraq öz dilinə yatımlı şəkildə Avitsena demişdir.
124 min peyğəmbərdən “Quran”da 30-a yaxınının adı keçir və onlardan biri Loğmandır. Lap çoxdan bu söz – Loğman kəlməsi qabil həkim, kamil təbib anlayışının rəmzinə çevrilib.
Yaxşı həkim həmişə el adamıdır, xalqın sevgisi və sayğısı daim onunladır.
Mənim dəyərli dostum Rəşad Mahmudov mahir təbibliyin ilk beş dərmanını həmişə varlığında daşıyan, “yaxşı həkim” adlanmaq və sevilmək haqqını zəkası, istedadı, yüksək peşəkarlığı və insanlığı ilə qazanmış az olan seçkinlərdəndir.
Rəşad ikiqat doktordur.
Həm tibb elmləri doktoru, həm də təbib – doktor.
O, ürəkçidir – kadrioloqdur və sevinirəm ki, son onillərdə bizdə – Azərbaycanda icraçı kardiologiya – ürək-damar cərrahiyəsi də, mühüm bir elm sahəsi olaraq araşdırıcı kardiologiya da xeyli inkişaf edib, hər iki istiqamətdə bolluca dəyərli mütəxəssislər yetişib.
Rəşad Mahmudov həm o, həm bu səmdə öndəgedənlərdən, üstünlərdəndir. Ancaq onun bir həkim və alim üçün çox vacib olan bir məziyyəti də var – Rəşad, ürək adamıdır.
Yaxşı alim də olmaq olur, yaxşı cərrah da, ancaq heç də həmişə hər qızıl əlli cərraha, hər altun başlı alimə əsl ürək adamı demək olmur.
Rəşadasa üçünü də ürəkdən aid edə bilirsən.
Həmişə güclü, ilhamlı, uğurlu, əliyüngül olsun!
Akademik Rafael Hüseynov"
Bu bölməyə aid digər xəbərlər
Tibbin 9 istiqaməti, yeni elmi nəticələr: ATU jurnalının növbəti sayı
24.10.2026 | 14:04
ATU əməkdaşının tək müəllif kimi hazırladığı elmi məqalə Q1 kateqoriyalı jurnalda dərc olunub
24.10.2026 | 10:50
Azərbaycan dilində müasir dərslik təqdim olunub
09.10.2026 | 10:49
Yeni mühazirə dərsliyi nəşr olunub
01.10.2026 | 16:12
Ölümsüzlük və əbədiyyət
30.09.2026 | 14:32
Elmi anatomiyanın banisi
29.09.2026 | 11:06
ATU-nun həkim-rezidentlərinin həmmüəllif olduğu elmi məqalə beynəlxalq "Rheumatology" jurnalında
27.09.2026 | 17:18
Respublika Klinik Xəstəxanasının həkimlərinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat Q1 kateqoriyalı jurnalda dərc olunub
20.09.2026 | 15:58
ATU əməkdaşı və rezidentinin iştirakı ilə aparılan beynəlxalq tədqiqat Q1 jurnalında dərc olunub
20.09.2026 | 13:47
Repressiyalardan tibb elminin zirvəsinə
19.09.2026 | 16:30
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
19.10.2026 | 12:07
Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb
16.10.2026 | 11:55
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
19.10.2026 | 11:52
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
19.10.2026 | 12:00
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb
17.10.2026 | 15:49
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb
22.10.2026 | 17:03
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
22.10.2026 | 14:08
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
20.10.2026 | 10:31
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq!
15.10.2026 | 13:00
Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib
17.10.2026 | 11:07
Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər
22.10.2026 | 12:05
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
20.10.2026 | 12:26
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
17.10.2026 | 14:38
Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza
19.10.2026 | 08:43
Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib
19.10.2026 | 13:51

