Yeni nəşr: “Tərkibində norbornen saxlayan imidazolinlər”
25.03.2024 13:35

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları – kimya elmləri doktoru, professor Eldar Məmmədbəyli və aparıcı elmi işçi Vəfa Babayevanın yazdıqları “Tərkibində norbornen saxlayan imidazolinlər” adlı kitab “Elm” nəşriyyatında çapdan çıxıb.

 

Bu məlumat Aztibb.az-a İnstitutdan verilib.

 

Monoqrafiyada imidazolin və onun törəmələrinin əsas sintez üsulları, sənaye və məişətin müxtəlif sahələrində tətbiq sahələrinin araşdırılması istiqamətində aparılan elmi tədqiqat işlərinin nəticələri öz əksini tapıb. Tərkibində norbornen saxlayan amid, imidazolin və komplekslərinin sintezi, xassələrinin öyrənilməsi sahəsində monoqrafiya müəlliflərinin tədqiqatlarının nəticələri təqdim olunub. Onların əsas tətbiq sahələri göstərilib. Yeni nəsil imidazolinlərin alınma reaksiyasının gedişinə təsir edən amillər öyrənilib.

 

Yeni nəşr neft-kimya sintezi sahəsində çalışan geniş spektrli elmi mütəxəssislər, o cümlədən bakalavrlar, magistrlər, dissertantlar və doktorantlar üçün nəzərdə tutulub.

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib