ATU əməkdaşı dünya səviyyəli kitabın müəllifləri sırasında yer alıb  
15.03.2024 14:20

Türkiyədə “Cümhuriyyətin 100 illiyinə 100 kitab” layihəsi çərçivəsində İstanbul Universiteti-Cərrahpaşa tərəfindən “Bariatrik və metabolik cərrahiyyənin əsas prinsipləri və yeniliklər” adlı kitab nəşr edilib. Bu kitab bariatrik cərrahiyyə haqqında yazılan ilk tamhüquqlu rəsmi topludur.

 

Azərbaycan Tibb Universitetindən Aztibb.az-a bildirilib ki, kitab əsrin bəlası olan piylənmənin cərrahi müalicəsində ən son yeniliklərə əsaslanan fundamental elmi məlumatlar əsasında hazırlanıb. Bu sahədə əsas prinsiplərlə yanaşı, yeni müalicə protokolları və bariatrik əməliyyatların mümkün ağırlaşmaları, uzunmüddətli problemlər də əhatə olunub.

 

Bariatrik-metabolik cərrahiyyə təkcə cərrahları deyil, bir çox sahənin həkimlərini əhatə edən multidissiplinar bir sahədir. Kitab öz oxucularına nəzəri təlimlə yanaşı, şəkillər vasitəsilə praktik təlimat da verir.

 

İstanbul Universiteti-Cərrahpaşa və Türk Bariatrik-Metabolik Cərrahlar Dərnəyinin dəstəyi ilə ərsəyə gələn kitaba həmin universitetin rektoru, professor Nuri Aydın ön söz yazıb. Azərbaycan Tibb Universitetinin I Cərrrahi xəstəliklər kafedrasının əməkdaşı, cərrah Taryel Ömərov kitabın həmmüəlliflərindən biridir.

 

Qeyd edək ki, Nuri Aydın və Türk Bariatrik Cərrahi Dərnəyinin fəxri sədri Mustafa Taşkın kitaba ön söz yazıblar. 

ÇOX OXUNANLAR
Azərbaycan və Türkiyə şirkətləri səhiyyə menecmenti sahəsində əməkdaşlığa başlayır
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
“Gənc Tibb İşçilərinin Konfransı” layihəsi Qərb bölgəsində davam etdirilib
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu işçi qəbulu elan edir
Bakı Sağlamlıq Mərkəzi tərəfindən Daşkəsəndə tibbi aksiya keçirilib 
Ümumdünya Ağciyər Gününə həsr olunmuş ÖDƏNİŞSİZ MÜAYİNƏ AKSİYASI
Abbas Səhhət adına xəstəxananın tibb bacısı vəfat edib
Mərkəzi Gömrük Hospitalında təlim: “Xəstəxana üzrə kağızsız məlumat mübadiləsi”
Bakı Sağlamlıq Mərkəzinin həkimləri Norveçdə beynəlxalq tədbirdə iştirak ediblər  
Sabunçu Gənclər Evində “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
Ümumdünya Ürək Gününə həsr olunmuş seminar və “Minimal İnvaziv Mitral Qapaq Təmiri” kursu keçiriləcək
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-nin “Telesəhər” proqramına müsahibə verib
İki yeni mütəxəssis Elmi-Tədqiqat Kardiologiya İnstitutunda fəaliyyətə başlayıb
ADHTİ ilə “Azena Creative Agency” arasında tərəfdaşlıq əlaqələri qurulub
ATU-da yeni tədris ilinə hazırlıqla bağlı Rektoryanı Şuranın ilk iclası keçirilib