Nature: "Arıqlama iynələri" neyrodegenerativ xəstəliklərin riskini azaldır
03.02.2024 09:07

Əvvəlcə şəkərli diabetlə mübarizə üçün hazırlanmış və daha sonra arıqlama xüsusiyyətlərinə görə "arıqlama iynələri" kimi istifadə edilən iynələrin daha da funksional olduğu sübut edilib.

Aztibb.az xəbər verir ki, bu barədə nüfuzlu beynəlxalq elmi jurnal olan “Nature” jurnalında məqalə dərc olunub.

Mütəxəssislər müəyyən ediblər ki, bu dərmanlar insult və infarkt riskini 20% azaldır, həmçinin Alzheimer və Parkinson kimi neyrodegenerativ xəstəliklərin qarşısını alır.

Herontoloq Aleksey Moskalevin qeyd etdiyi kimi, inyeksiyaların bu təsiri dərmanda yemək zamanı mədə-bağırsaq traktında əmələ gələn inkretinlərin olması ilə izah edilə bilər. Bir növ inkretin olan GLP-1 maddələr mübadiləsini yaxşılaşdıra və iltihabı, o cümlədən beyindəki iltihabı azaltmaqla ürək-damar riskini aşağı sala bilər.

Xüsusilə belə dərman qəbul edən xəstələrdə ürək-damar xəstəlikləri, infarkt və insult riskinin 20% azaldığı müşahidə edilib.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır